
Orta məktəblərimiz DİM-ə çata bilmir - RƏY
05:49 15.08.2023
Elm və Təhsil
886
Tədris olunan mövzularla imtahan sualları arasında yerlə-göy qədər fərq var
Builki qəbul imtahanı göstəricilərinə görə II ixtisas qrupu üzrə 150 baldan yuxarı toplayan hər abituriyent tələbə adını qazana bilər. Ekspertlər isə hesab edir ki, müsbaiqə ballarının 150-yə endirilməsi təhsilin səviyyəsinin ildən-ilə aşağı düşməsinin göstəricisidir.
Hesab edirlər ki, heç olmasa, 300 baldan aşağı bal toplayanlar dövlət universitetlərinə qəbul olunmasın.
Təhsil eksperti Elmin Nuri isə “Sherg.az"a açıqlamasında deyib ki, “keçid ballarının aşağı salınması” fikri düzgün ifadə deyil:

“Keçid balları Dövlət İmtahan Mərkəzi və ya başqa bir rəsmi qurum tərəfindən aşağı salınmır. Ballar özü-özünü tənzimləyən bir mexanizmdir və həmin il aidiyyəti ixtisas qrupu üzrə imtahan verən abituriyentlərin ümumi göstəricilərindən asılıdır. Yəni keçid balı bir növ müvafiq qruplar üzrə keçirilən imtahanların ümumi nəticəsidir. Müxtəlif illərdə keçirilən imtahanların ümumi nəticəsindən asılı olaraq keçid balı aşağı düşə və ya yuxarı qalxa bilir. İxtisas seçmə prosesindən əvvəl builki keçid ballarının neçə olacağını və hansı istiqamətə dəyişəcəyini demək mümkünsüzdür. Fikir vermisinizsə, abituriyentlər ixtisas seçən zaman ötənilki və daha əvvəlki illərin göstəricilərinə görə kodlaşdırırlar. Abituriyentlərə sadəcə plan yerləri təqdim edilir. Keçid balları isə qeyd etdiyim kimi, ixtisasseçmə prosesindən sonra özü-özünü tənzimləyir. 150 bal toplayan abituriyentlərin ali məktəbə daxil olub, tələbə adı alacağından gileylənir. Halbuki Azərbaycanda univeristetə qəbul olmaq o qədər də asan məsələ deyil. Dünyanın bir çox ölkəsində universitet tələbəsi olmaq istəyən şagirdlər çox sadə prosedurlardan keçir. Azərbaycanda isə həm elektron qeydiyyat, həm də imtahan prosesi kifayət qədər çətin olur”.
E.Nuri deyib ki, 4-5 il əvvələ qədər abituriyentlərimiz arasında yüksək bal toplayanların sayı kifayət qədər idi. Hətta elə il olub ki, 20-yə yaxın abituriyent 700 bal toplamışdı: “Bu isə öz növbəsində 650-700 bal arası bal toplayan abituriyentlərin sayının da xeyli sayda olduğunu göstərir. İndi isə yüksək bal toplayan şagirdlərin sayı azalıb, aşağı bal toplayanlar isə artıb. Bunun isə səbəbi DİM-in bütün ixtisas qrupları üzrə imtahan suallarını çətinləşdirməsidir. 150 bal toplayan abituriyentlərin universitetə qəbul olmasına etiraz edənlər bilmir ki, builki 150 bal, elə 5 il əvvəlki 250-300 bala bərabərdir. Hələ ən aşağısını dedim. Yəni bu il 200-dən aşağı bal yığan abituriyentlər arasında əvvəlki imtahan sistemi və test sualları ilə 400-ə yaxın bal yığan tələbələrin bilik göstəricisi eynidir. Əvvəlki test kitabçalarında məntiq, analitik təfəkkür tələb edən suallar yox idi. Açıq tipli suallar çox çətindir. Ən pisi də odur ki, orta məktəblərdə təhsil sistemi hələ də əvvəlki qaydada qalıb və şagirdlərimizi DİM-in tələb etdiyi səviyyədə yetişdirə bilmir. Ona görə də vaxt ilə keçid balı 380 olan ixtisasa bu gün 180 balla qəbul olmaq olur. Bu isə dediyim kimi, şagirdlərin bilik səviyyəsinin aşağı olmasından yox, imtahan prosesinin qəlizləşməsindən qaynaqlanır. Məktəblərdə tədris olunan mövzularla DİM imtahanlarında abituriyentlərə verilən testlər, açıq tipli suallar arasında yerlə-göy qədər fərq var”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
CHP-nin İstanbul şöbəsinə yeni sədr təyin edildi
21:36 15.10.2026
Dünya
Ölümdən dönən sənətçi - Tacir Şahmalıoğlundan AÇIQLAMA
21:34 15.10.2026
Mədəniyyət
Böyük Britaniya Ukraynaya əlavə "Storm Shadow" raketləri göndərəcək
21:11 15.10.2026
Dünya
Ukrayna bir neçə obyekti vurmağı bacardı - Putin
20:59 15.10.2026
Region
Özbəkistan Prezidentinin Azərbaycana işgüzar səfəri başa çatıb
20:34 15.10.2026
Siyasət
Tanınmış rusiyalı jurnalist terrorçu elan edildi
20:07 15.10.2026
Gündəm
Onun edamı canlı yayımlanmayacaq - Tramp
19:58 15.10.2026
Dünya
İran Oman körfəzində tankeri vurdu
19:42 15.10.2026
Gündəm
İranlı general: Quru əməliyyatları ABŞ-yə baha başa gələcək
19:34 15.10.2026
Aktual
Yəməndə prezident sarayı raket hücumuna məruz qalıb
19:21 15.10.2026
Aktual
ÇL: Həftənin ən yaxşı futbolçusu bilinib
19:10 15.10.2026
Futbol
Erlinq Holand Lionel Messinin iki rekordunu qırdı
19:02 15.10.2026
Futbol
Litva və Ukrayna PUA komponentlərini birgə istehsal edəcək
18:54 15.10.2026
Aktual
Fyodor Şukin Dağıstanın rəhbəri seçildi
18:46 15.10.2026
Dünya
Tuskdan Zelenskiyə: Siz tək deyilsiniz!
18:20 15.10.2026
Dünya