Qanun hazırlanır: Tələbələr təhsil krediti ala biləcəklər
Ayyət Əhməd
11:51 17.09.2019
Elm və Təhsil
923
Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin iclası kekeçirilib. Sherg.az-ın xəbərinə görə toplantıda bildirilib ki, parlamentin payız sessiyasında “Təhsil kreditləri haqqında” qanun layihəsi hazırlanacaq.
Komitənin sədri, deputat İsa Həbibbəyli deyib ki, bu, günün ən aktual məsələlərindən biri tələbələrə kredit verilməsi məsələsidir: “Təhsil Nazirliyi də bununla bağlı Nazirlər Kabinetinə müvafiq təkliflər təqdim edib. Nazirlik və digər müvafiq qurumlarla birlikdə belə bir qanun layihəsinin hazırlanmasını gündəmə gətirəcəyik”.
Komitə sədri diqqətə çatdırıb ki, bu gün təhsilimiz digər sahələr kimi inkişaf edir:
“Təhsil təkcə təhsil sahəsinin inkişafına kömək etməklə qalmır. Bütövlükdə cəmiyyətin inkişafına təsir edir. Azərbaycan elmi, təhsili müasirləşir. Bu günlərdə yeni dərs ilinin açılması ilə əlaqədar olaraq Azərbaycanın bütün bölgələrində yeni məktəblər açılıb. Əsaslı şəkildə yenidən qurulmuş məktəblər tədrisə başlayıb”.
İ.Həbibbəylinin sözlərinə görə, bu il rəhbərlik etdiyi quruma 190 müraciət daxil olub:
“Müraciətlərin böyük əksəriyyəti tələbələrin təhsil haqlarının ödənilməsi ilə bağlı olub. Tələbələrin təhsil haqları ilə bağlı ayrıca qanun layihəsinin yaradılmasını məqsədəuyğun hesab edirik. Bildiyiniz kimi, 2017-ci ildən Maarifçi Təhsil Kredit Fondu yaradılıb. Bu Fond vasitəsilə ölkəmizin müxtəlif ali məktəblərində oxuyan və ehtiyacı olan tələbələrə köməklik göstərilib. Təbii, bu köməklik vasitəsilə bütün ödənişli təhsil alanların hamısının ehtiyacını ödəmək mümkün deyil. Bu sahənin inkişaf etdirilməsi üçün xüsusi qanun layihəsinin hazırlanmasına çalışırıq. Elm və təhsil komitəsi təhsil kreditləri ilə bağlı iş aparır. Təhsil Nazirliyi və digər nazirlikərlə də danışıqlar aparırıq. “Təhsil Kreditləri haqqında” qanun layihəsinin hazırlanmasnı günün əsas məsələsi hesab edirik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya