Xaricdəki Türklərlə və Yaxın İcmalarla İş İdarəsinin rəhbəri Abdulla Eren bildirib ki, Türkiyə bütün sahələrdə olduğu kimi təhsil sahəsində də azərbaycanlı qardaşlarını dəstəkləyir.
Qardaş qardaşın yanındadır
03:34 10.02.2021
Elm və Təhsil
713
Yaxşı olar ki, Türkiyədəki iş adamlarımız da şəhid balalarını unutmasın
Türkiyə mətbuatı yazır ki, Xaricdəki Türklərlə və Yaxın İcmalarla İş İdarəsi Ermənistanla gedən döyüş əməliyyatları nəticəsində şəhid olmuş azərbaycanlıların övladları üçün təqaüdlər təklif edib. İdarə tərəfindən Türkiyədə araşdırma və dil tədrisi məqsədilə bu kateqoriyadan olan tələbə və aspirantlara xüsusi imkanlar təqdim olunacaq.
Xaricdəki Türklərlə və Yaxın İcmalarla İş İdarəsinin rəhbəri Abdulla Eren bildirib ki, Türkiyə bütün sahələrdə olduğu kimi təhsil sahəsində də azərbaycanlı qardaşlarını dəstəkləyir.
Bununla bağlı təhsil üzrə ekspert Nabatəli Qulamoğlu "Şərq"ə bildirib ki, qardaş Türkiyənin bu mövzuya həssaslıqla yanaşması bizim üçün çox vacibdir:
"Azərbaycan və Türkiyə qardaş ölkədir. İki dövlət arasında belə yardımların olması təbii haldır. Biz də hər hansı sahədə Türkiyənin yardıma ehtiyacı olarsa, həmişə əlimizdən gəldiyi qədər kömək etməyə hazırıq. Türkiyənin Xaricdəki Türklərlə və Yaxın İcmalarla İş İdarəsinin belə bir addım atması olduqca təqdirəlayiqdir. Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş hərbçilərimizin övladları bizə əmanətdir. Qardaş ölkənin də bu mövzuya həssaslıqla yanaşması bizim üçün çox önəmlidir. Biz sevinirik ki, Türkiyə hər zaman və bütün sahələrdə yanımızdadır".
N.Qulamoğlu deyir ki, azərbaycanlı iş adamları da bu işə öz töhfələrini versələr çox yaxşı olar:
"Yaxşı olar ki, Türkiyədə yaşayan azərbaycanlı iş adamları da bu və digər işlərdə şəhid övladlarına yardım etsin. Biz vətən uğrunda döyüşüb şəhid olan qəhrəmanlarımızın övladlarının həm maddi, həm də mənəvi cəhətdən hər zaman yanında olmalı və dəstək göstərməliyik. Mən arzulayıram ki, azərbaycanlı iş adamları da türkiyəli qardaşlarımızın bu təşəbbüsünə qoşulsun və Azərbaycan təhsilinə öz töhfələrini versinlər".
Aytac Ali
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Fidan və İshaq Dar Trampın son bəyanatını müzakirə ediblər
18:43 23.03.2026
Gündəm
Tramp İrandan zənginləşdirilmiş uranı istəyəcəklərini bildirib
18:35 23.03.2026
Dünya
Tramp: Müctəba Xameneinin ölməyini istəmirəm
18:19 23.03.2026
Gündəm
ABŞ Prezidenti: Bu gün İran tərəfi ilə telefonla danışacağıq
18:05 23.03.2026
Dünya
Qalyan: Artıq müharibədən söhbət getmir
17:31 23.03.2026
Cənubi Qafqaz
Qohumların bezdirici cümlələri - Çoxu qarşılaşır
17:24 23.03.2026
Cəmiyyət
Bitməyən yorğunluğun səbəbi: Zehni “açıq səhifələr”
17:13 23.03.2026
Sağlamlıq
“Al Jazeera”: İran geri addım atmağa hazırdır
16:45 23.03.2026
Region
Trampın bu açıqlamasından sonra neft kəskin ucuzlaşdı
16:22 23.03.2026
Dünya
Rəsmi Bakı Rusiya XİN-ə cavab verib, Moskvadan izahat gözləyir
15:58 23.03.2026
Siyasət
MN: Bakı və Abşeronda PUA-larla təlim-məşq uçuşları keçiriləcək
15:51 23.03.2026
Hərbi
Putin azərbaycanlı alimi təltif edib
15:44 23.03.2026
Dünya
Abbas Əraqçi Hakan Fidanla raket hücumu barədə danışdı
15:35 23.03.2026
Gündəm
Albaniyada hökumət binasına hücum edildi
15:22 23.03.2026
Dünya