Qəbul imtahanlarının nəticələri zəif olacaq? – Açıqlandı
Fidan Həmişəyeva
11:28 18.05.2021
Elm və Təhsil
1205
Dövlət İmtahan Mərkəzi (DİM) tam (11 illik) orta təhsil səviyyəsi üzrə aprelin 22-si və 23-də keçirilən buraxılış imtahanlarının nəticələrini elan edib. Nəticələr DİM-in saytında yerləşdirilib. Şagirdlər imtahan nəticələri haqqında məlumatı (hər fənn üzrə ümumi balı), həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.
Məlumdur ki, tədris prosesi pandemiyaya təsadüf etdiyindən şagirdlər ənənəvi təhsildən uzaq qalıblar. Məhz bu məqamın imtahan nəticələrinə təsir göstərdiyi iddia edilir.
Tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədov “Sherg.az”a bildirib ki, istər pandemiya dövrü, istərsə də 44 günlük Vətən savaşının buraxılış və qəbul imtahanlarına təsiri danılmazdır:
“Lakin o demək deyil ki, imtahanın nəticələri kəskin şəkildə fərqlidir. Yüksək və maksimum bal toplayan şagirdlərin sayında azalmalar olsa belə, orta və ümumi nəticə baxımından ciddi fərq gözlənilmir. Məsələn, keçən il maksimum bal toplayanlar 3-4 nəfər idisə, bu il 1 nəfərdir. Hazırda keçən illə müqayisədə 150-200 bal toplayanların sayında ciddi fərq yoxdur. Bütün bunlar onu deməyə əsas verir ki, bu gün yüksək göstəricilərin ümumi sayında azalma ola bilər, amma orta göstərcilərdə elə bir ciddi fərq olmayacaq. Əksinə indi orta bal toplayanların sayı keçən illə müqayisədə daha çoxdur. Buraxılış imtahanlarından sonra qəbul imtahanları gəlir. Pandemiya dövründə keçirilməyən mövzuları nəzərə alsaq, şagirdlərin asudə vaxtı çox olub və repetitor yanına gediblər. Ona görə də bu ilki qəbul imtahanı nəticələrinin azalma ehtimalı yoxdur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İlk dəfə meyitdən ürək transplantasiya edilən şəxs vəfat etdi
13:40 13.10.2026
Sağlamlıq
İranlı deputat: ABŞ-nin yeni hücumunda liderlərimiz öldürülə bilər
12:46 13.10.2026
Gündəm
Fələstinin erməni xarici işlər naziri Azərbaycana gəlir
11:47 13.10.2026
Gündəm
İlham Əliyevin Laos Prezidenti ilə geniş tərkibdə görüşü oldu
11:31 13.10.2026
Gündəm
Tramp “sülhə əsas maneə” kimi Putini yox, Zelenskini görür
11:30 13.10.2026
Dünya
AZAL 9 ayda 3 milyondan çox sərnişin daşıyıb
11:25 13.10.2026
İnfrastruktur
28 yaşlı kişi quduzluqdan vəfat etdi
11:07 13.10.2026
Hadisə
DİN motosiklet və skuter sürücülərinə xəbərdarlıq etdi
10:47 13.10.2026
İnfrastruktur
Bakıda oğul anasını bıçaqladı
10:45 13.10.2026
Hadisə
“Roşka” ləqəbli tiktokerə hökm oxundu
10:41 13.10.2026
Cəmiyyət
İsraildə hava limanında təyyarədə bomba olması xəbəri yayılıb
10:39 13.10.2026
Dünya
Bu aviaşirkətlər Səudiyyəyə uçuşları dayandırdı
10:34 13.10.2026
Dünya
“Zelenski razılaşma əldə etmək istəmir”: Trampdan AÇIQLAMA
10:33 13.10.2026
Dünya