
Yenə müəllim, yenə şagird, yenə dava-dalaş!- Kimdir müqəssir?
Yusif Nəzərli
11:02 23.01.2023
Elm və Təhsil
836
“Müəllim şagirdi heç bir halda döyə bilməz. Fiziki zorakılıq çıxış yolu deyil”
Məktəblərdə bütün otaqlara kamera yerləşdirmək lazımdır”
“Bu kimi problem yarandığı zaman direktor dərhal həmin kamera görüntüləri əsasında müdaxilə etməlidir”
Azərbaycanda məktəbin sinif otağında rəzalət yaşandığını əks etdirən növbəti görüntü yayılıb.
Baku.ws xəbər verir ki, videoda orta yaşlı müəllimin dərs zamanı şagirdlərə nəzarəti tamamilə itirdiyi görünür.
Müəllim nizam-intizama tabe olmayan uşaqlara qarşı ağır ifadələr səsləndirərək onlara qarşı şiddət də tətbiq edir. Amma bunun da bir xeyri olmur və sinifdəki xaos pik həddə çatır.
Biabırçı görüntülərin yayıldığı sözügedən videonu təqdim edirik:

Məsələ ilə bağlı “Sherg.az”a danışan təhsil üzrə ekspert Elçin Əfəndi bildirib ki , təhsil müəssisəsində belə bir halın baş verməsi təhsil adına yaraşmır:
“Texnologiya əsrində yaşayırıq. Məktəblərdə bütün otaqlara kamera yerləşdirmək lazımdır. Bu kimi problem yarandığı zaman direktor dərhal həmin kamera görüntüləri əsasında müdaxilə etməlidir. “Məktəblinin dostu” adlı lahiyələr həyata keçirilib, məktəblinin dostları var məktəblərdə. Belə bir məqamlarda məktəblinin dostunu göndərmək olar . Yəni bunun qarşısını almaq üçün müəyyən addımlar atmaq mümkündür. Görünən odur ki, hərkəs öz vəzifəsinə məhsulliyyətlə yanaşmır. Valideyn övladını düzgün tərbiyyə etmir.
Müəllimlər şagirdləri ələ ala bilmir. Məktəb rəhbərliyi istər təhsil alan, istər də təhsil verənlərə diqqət yetirmir. Üzərlərinə düşən vəzifələri onlara aşılamağı bacarmır. Burda əsas məsələ düzgün sistemin qurulmamasıdır. Biz bir məktəb üzərindən nümunə götürürük. Ancaq bir neçə məktəbdə bu kimi hallar hər gün baş verir. Bəzən auditoriyada müəllim tapılmır, şagirdlər səs-küy salırlar. Müəllimin başlıca vəzifəsi ondan ibarətdir ki, auditoriyaya daxil olduğu andan etibarən şagirdləri ələ alsın. Şagirdlər orda artıq davranışlara yol verməsinlər”.
Ekspertin sözlərinə görə, sözügedən videodan aydın görünür ki, müəllimin nüfuzu itib, sinfi idarə etmək iqtidarında deyil:
“Eyni zamanda dərsin gedişatı maraqlı olmadığı üçün şagirdlər belə davranışlar sərgiləyirlər.Məktəblərdə nizam-intizam şöbələri daxili qərar əsasında formalaşdırılmalıdır. Məsələ onda ibarətdir ki, məktəb rəhbərliyi, sinif rəhbərliyi bu mövzuya diqqətlə yanaşmır.Müəllim şagirdi heç bir halda döyə bilməz.
Fiziki zorakılıq çıxış yolu deyil. Adiyyəti qurumlar bununla bağlı müəyyən addımlar atmalıdırlar. Təhsil cəmiyyətin əsas aparıcı istiqamətidir”.
Şərqiyyə NƏBİ
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tramp İrana hücum xəbərdarlığı etdi
16:42 17.08.2026
Gündəm
Magistral kəmərlərlə qazın nəqli 2%-dən çox artıb
16:41 17.08.2026
İqtisadiyyat
Yaponiya səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb
16:26 17.08.2026
Dünya
Tovuzda 26 yaşlı qadın itkin düşüb - FOTO
16:07 17.08.2026
Hadisə
Donald Tramp: İranla müharibəni dayandırmağa tələsmirəm
15:44 17.08.2026
Dünya
Azərbaycanın dənli bitki ixracı 54%-ə yaxın artıb
15:20 17.08.2026
İqtisadiyyat
ABŞ və İran atəşkəsin uzadılması barədə razılığa gəldi
15:10 17.08.2026
Son dəqiqə
Ukrayna səfiri dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
15:03 17.08.2026
Siyasət
İran Omanla Hörmüz boğazı üzrə danışıqları davam etdirir
14:45 17.08.2026
Dünya
Artur Ovannisyan: KTMT-dən asılı qalmaq niyyətində deyilik
14:15 17.08.2026
Gündəm
İranda Xəzərlə bağlı beştərəfli görüş keçiriləcək
13:55 17.08.2026
Dünya
Növbəti köç karvanı Xocavəndə çatdı - YENİLƏNDİ
13:50 17.08.2026
Gündəm
Şərif Trampı təriflədi: Cəsarətli lider…
13:39 17.08.2026
Dünya
Rusiya Türkiyəni Qərbdən uzaqlaşdırmaq istəyir - Hasan Oktay
13:02 17.08.2026
Gündəm
İran Bərzaninin ofisini vurdu
12:31 17.08.2026
Dünya