
Yeni dəyişiklik yaxşılığa doğru addımdır
Yusif Nəzərli
22:35 23.02.2023
Elm və Təhsil
642
Ədəbiyyat müəllimlərinin müvafiq mövzular barədə tam bilgiyə sahib olması nəzərdə tutulur
Müəllimlərin işə qəbulunun qiymətləndirmə çərçivəsində bu il edilmiş dəyişikliyə görə, ədəbiyyat müəllimləri proqramda olan əsərləri tam oxumalıdırlar.
Təhsil İnstitutunun Metodik Dəstək və Peşəkar İnkişaf Mərkəzinin direktoru Nəzakət Mehdiyevanın sözlərinə görə, imtahanda elan olunmuş əsərlərin istənilən hissəsindən sual ola bilər: “Buna görə, müəllimlərə tövsiyə olunur ki, əsərləri tam oxusunlar”.
Mərkəz direktorunun sözlərinə görə, ədəbiyyat fənni üzrə çərçivədən iki əsər çıxarılıb, bir yeni əsər daxil edilib. O həmçinin qeyd edib ki, əvvəl MİQ imtahanı üçün sadəcə, proqram hazırlanırdı və mövzularda fənlər üzrə proqramlara əsaslanırdı.

Təhsil eksperti Elçin Əfəndi isə “Şərq”ə açıqlamasında deyib ki, Müəllimlərin İşə Qəbul imtahanları ilə bağlı tez-tez dəyişikliklər olur. Sözsüz ki, müəllimlik elə bir peşədir ki, daim biliklərin artırılmasına ehtiyac var. Bu baxımdan davamlı olaraq dəyişikliklərin edilməsi başadüşüləndir. Proqramların çətinliyi də ona hesablanıb ki, bütün müəllimlərin bilik-bacarıqları təkmilləşdirilsin. Ən böyük dəyişiklik isə 100 ballıq sistemə keçid ilə bağlı oldu. Xatırlayırsınızsa, ötən ildən 60 test tapşırığı 100 ballıq sistem ilə qiymətləndirildi və səhv cavablar düz suallara təsir göstərdi. Bu dəyişiklik də belə əsaslandırıldı ki, 100 ballıq şkala daha rahat seçim imkanı yaradacaq və bu vasitə ilə yüksək, aşağı və orta bilikli şəxslər üzə çıxacaq.
Ümid edirəm ki, yeni dəyişiklik də yaxşılığa doğru atılan addımdır. Yeni qərara görə, qiymətləndirmə çərçivəsində ədəbiyyat müəllimlərinin müvafiq mövzular barədə tam bilgiyə sahib olması nəzərdə tutulur. Düşünürəm ki, əsərlərin tam oxunması tələbi müəllimlik imtahanına hazırlaşan gənclər üçün müəyyən çətinlik yaradacaq və əlavə vaxt aparacaq. Bu baxımdan narazılıqların olması da gözləniləndir. Amma digər tərəfdən, şagirdlərə tədris zamanı hər hansı bir çaşqınlıq yaranmasın deyə ədəbiyyat müəllimlərinin proqramda olan əsərləri oxuması məqsədəuyğundur”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Tovuzda 26 yaşlı qadın itkin düşüb - FOTO
16:07 17.08.2026
Hadisə
Donald Tramp: İranla müharibəni dayandırmağa tələsmirəm
15:44 17.08.2026
Dünya
Azərbaycanın dənli bitki ixracı 54%-ə yaxın artıb
15:20 17.08.2026
İqtisadiyyat
ABŞ və İran atəşkəsin uzadılması barədə razılığa gəldi
15:10 17.08.2026
Son dəqiqə
Ukrayna səfiri dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
15:03 17.08.2026
Siyasət
İran Omanla Hörmüz boğazı üzrə danışıqları davam etdirir
14:45 17.08.2026
Dünya
Artur Ovannisyan: KTMT-dən asılı qalmaq niyyətində deyilik
14:15 17.08.2026
Gündəm
İranda Xəzərlə bağlı beştərəfli görüş keçiriləcək
13:55 17.08.2026
Dünya
Növbəti köç karvanı Xocavəndə çatdı - YENİLƏNDİ
13:50 17.08.2026
Gündəm
Şərif Trampı təriflədi: Cəsarətli lider…
13:39 17.08.2026
Dünya
Rusiya Türkiyəni Qərbdən uzaqlaşdırmaq istəyir - Hasan Oktay
13:02 17.08.2026
Gündəm
İran Bərzaninin ofisini vurdu
12:31 17.08.2026
Dünya
Binədə futbol oynayan 26 yaşlı oğlan öldü
12:05 17.08.2026
Hadisə
İlham Əliyev Ukraynanın sabiq Prezidenti ilə görüşdü
11:58 17.08.2026
Gündəm
Bakıda mənzildən meyit tapıldı
11:30 17.08.2026
Hadisə