Qida təhlükəsizliyinin təmin olunması üçün nə etməli?
Yusif Nəzərli
13:51 19.07.2023
Cəmiyyət
633
Bakıdakı mağazada nöqsanlar aşkarlanıb. Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib. Bildirilib ki, agentliyin əməkdaşları tərəfindən “Volt Services Azərbaycan” MMC-yə məxsus olan və Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi ŞTQ, Əcəmi Naxçıvani ev 103, giriş 3 ünvanında fəaliyyət göstərən “Wolt Market”də plandankənar yoxlama həyata keçirilib. Yoxlama zamanı marketdə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin bir sıra tələblərinin pozulması faktları müəyyən edilib.
Mövzu ilə bağlı "Sherg.az"adanışan Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, ictimai iaşə obyektlərində nöqsanların aşkarlanması hallarının qarşısını almaq üçün ilk növbədə, hökumətin mükəmməl istehlakçı siyasəti formalaşdırılmalıdır:
"Hökumətin istehlakçı siyasəti yox səviyyəsindədir. 1995-ci ildə "İstehlakçıların hüquqlarının qorunması haqqında" qəbul olunan qanunda 7 dəfə dəyişiklik aparılıb. Hamısı da istehlakçının zərərinədir. Qərarın yerinə yetirilməsində cavabdeh olan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti ildən ilə istehlakçı hüquqlarını arxa plana qoyur. Biznesin lobbiçiliyi ilə məşğuldur. Qida təhlükəsizliyinin təmin olunması üçün bürokratik prosedurlara son qoyulmalıdır. Qəflətən yoxlama keçirilməlidir. Eyni zamanda Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əsasnaməsində dəyişiklik aparılmalıdır ki, əməkdaşlar lazımi vaxtda istənilən yerə müdaxilə edə bilsinlər. Yəni AQTA-da cəld reaksiya mexanizmi yaradılmalıdır. İctimai nəzarət, dövlət orqanları ilə Kütləvi İnformasiya Vasitələrinin (KİV) əlbir işləmədiyi, əməkdaşlığının qurulmadığı bir şəraitdə təbii ki, nöqsanlar aşkarlanacaq. Ona görə vətəndaş olaraq, hər birimiz Cənab Prezidentimiz İlham Əliyevin ictimai nəzarətə dair çağırışlarına əməl etməliyik. Dövlət orqanları ilə KİV-lərin, ictimai təşkilatların, ictimai nəzarətin sıx əməkdaşlığı olmadığı müddətcə analoji hallara şahidlik edəcəyik. Aşkarlanan faktla bağlı protokol tərtib olunub. Eyni zamanda nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib və müvafiq tədbirlərin görülməsi üçün müddət təyin edilib. ".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol
Polşada 6 nəfərin öldüyü silahlı hücum terror aktı kimi araşdırılır
19:35 08.11.2026
Dünya
Tovuz və Gədəbəyin ucqar dağ kəndlərinə qar yağır
19:06 08.11.2026
Ekologiya