Xankəndidə yeni şəbəkə qurulur
13:41 24.11.2023
Qarabağ
928
Axar.az Report-a istinadən xəbər verir ki, bunu Dövlət Xidmətinin rəisi, İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının sədri İlqar Musayev Milli Məclisin jurnalına verdiyi müsahibədə bildirib.
"Bu il sentyabrın 19-20-də Qarabağdakı separatçı rejimə qarşı keçirilmiş antiterror əməliyyatları zamanı Dövlət Xidməti Xankəndidə, Ağdərə və Xocalı rayonlarında dövlət qurumlarının etibarlı idarə olunması və məlumat mübadiləsinin təşkili məqsədi ilə operativ olaraq TETRA radiorabitə şəbəkəsi qurlaraq istifadəyə verib. İndi isə həmin bölgədə “AzStateNet” şəbəkəsinin qurulmasına hazırlıq gedir", - deyə o qeyd edib.
"İstər pandemiya dövründə, istərsə də bu gün ali dövlət qurumlarının videokonfrans formatlı görüşləri, qəbulları yüksək səviyyədə təşkil olunur. Ölkəmizdə keçirilən bir sıra dövlət əhəmiyyətli tədbirlərlə (Qoşulmama Hərəkatı, “TEKNOFEST Azərbaycan” festivalı, Bakı Marafonu, Qlobal Forum, Velosiped üzrə ölkə çempionatı, Gənclər və İdman Nazirliyinin Şuşada təşkil etdiyi “Wonderland” tədbiri, “Formula-1” yarışları) əlaqədar yaradılmış qərargahları zəruri texniki vasitələrlə təmin etmişik. Göstərilənləri nəzərə alaraq qeyd etmək istərdim ki, dövlət qurumlarına və strateji obyektlərə keyfiyyətli xüsusi rabitə xidmətlərinin təşkili və göstərilməsi, eləcə də onların təhlükəsizliyinin təmin edilməsi Xidmətin əsas vəzifələrindən biridir”, - deyə İ.Musayev əlavə edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Vens seçkidə məğlubiyyətin səbəbini İranla müharibədə görür
21:09 04.11.2026
Dünya
Neft 96 dollardan aşağı düşdü
20:56 04.11.2026
İqtisadiyyat
Putin: Rusiya heç kimə təhlükə yaratmır
19:14 04.11.2026
Dünya
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət