Millət vəkili : "Prezidentin tapşırıqları bütün məmurlar üçün bir fəlaiyyət istiqaməti olmalıdır"
09:15 20.02.2022
Aktual
576
"Çox təəssüf ki, biz hələ də vəzifəni xüsusi imtiyaz kimi dərk edən məmurlarla rastlaşırıq"
"Prezident İllham Əliyev icra başçısı vəzifəsinə yeni təyinatlar zamanı etdiyi çıxışda idarəetmədə müasir məqsəd və vəzifələrin nədən ibarət olduğunu izah edərkən üç mühüm prinsip üzərində dayandı".
Bunu "Sherg.az"a açıqlamasında millət vəkili Hikmət Babaoğlu deyib.
Deputat bildirib ki, bunlardan birincisi idarəetməni həyata keçirərkən vətəndaşın rəğbətinin qazanılması , yəni vətəndaş məmnunluğudur:
"İkincisi hər bir məmurun xalqın xidmətçisi olması, üçüncüsü isə vəzifənin yüksək imtiyaz deyil, yüksək məsuliyyət olması ilə bağlı idi. Əslində bu üç prinsip müasir məmur obrazının fəaliyyət kodeksi kimi də səciyyələndirilə bilər. Doğrudan da təkcə bu üç mühüm keyfiyyətə sahib olmaq, ya da bu üç prinsip əsasında fəaliyyət qurmaqla müasir idarəetmədə ən yaxşı nəticələr əldə etmək mümkündür. Elə Azərbaycan cəmiyyətinin də məmurlardan gözləntisi yuxarıda göstərilən prinsiplərdən irəli gələn vəzifələrin icra edilməsi ilə bağlıdır. Çox təəssüf ki, biz hələ də bəzi hallarda vəzifəni məsuliyyət kimi yox, xüsusi imtiyaz kimi dərk edən və vəzifə səlahiyyətlərini öz maraqlarını həyata keçirmək üçün vasitə kimi görən məmurlarla da rastlaşırıq. Eyni zamanda həm də onun şahidi oluruq ki, bu tip məmurlar tutduqları vəzifədən asılı olmayaraq, qanunlar qarşısında cavab verməli olurlar. Bu isə nəticə etibarilə həm məmurların şəxsi faciəsinə həm də ictimai etimadın zədələnməsinə, məmura, yaxud dövlət səlahiyyətlisinə qarşı inamsızlığa gətirib çıxarır. Nəticədə isə uduzan bütün tərəflər olur".
H.Babaoğluna görə, Prezident İlham Əliyevin tapşırıqları təkcə yeni təyin olunan icra başçıları üçün deyil, bütün məmurlar üçün bir fəlaiyyət istiqaməti təşkil etməlidir:
"Azərbaycan Prezidenti eyni zamanda hazırki yeni çağırışlar kontekstində rayonlarımızda iş yerlərinin yaradılması , işgüzar mühitin formalaşdırılması sahibkarların fəaliyyətinin və onların təşəbbüslərinin dəstəklənməsinin də vacib olduğunu vurğuladı. Bu istiqamətə mühüm addımların atılmalı olduğunun zərurətindən danışdı. Ölkəmizdə həyata keçirilən dərin islahatların yeni şərtlərə formalaşdırdığını və bu imkanların yaratdığı yeni fürsətlərin lazımınca qiymətləndiriləsinin vacibliyini qeyd etdi. Bütün bunlar isə məmur ordusu qarşısında necə böyük vəzifələrin dayandığı və onların uğurlu həllinin isə sosila-iqtisadi inkişafımıza necə böyük töhfələr verə biləcəyini göstərmiş oldu. Şübhəsiz, bütün bunlar milli inkişafımızın yeni mərhələsi üçün də əsas prioritetləri təşkil edən istiqamətlərdir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə piyadanı avtomobil vuraraq öldürüb
21:16 18.11.2026
Hadisə
Ölsəniz belə, sülh olacaq - Ararat Mirzoyan
21:04 18.11.2026
Cənubi Qafqaz
Milli Məclisin sədri Türkmənistana işgüzar səfərə gedib
20:52 18.11.2026
Siyasət
Paşinyanın ən çətin sınağı başlayır - Elçin Alıoğlu
20:31 18.11.2026
Gündəm
Putinlə Tramp arasında APEC sammitində danışıq baş tutmayıb
20:10 18.11.2026
Siyasət
ÜST-dən SOS - 6 addım 1,6 milyon insanın həyatını xilas edə bilər
19:58 18.11.2026
Aktual
Xosep Qvardiola Səudiyyə Ərəbistanında işləməkdən imtina edib
19:50 18.11.2026
Futbol
Lemmidən çağırış: Yenidən AB üzvü olmalıyıq!
19:42 18.11.2026
Dünya
ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsini vurdu
19:28 18.11.2026
Gündəm
Əkrəm İmamoğluna iki il həbs cəzası verildi
19:12 18.11.2026
Aktual
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:09 18.11.2026
Dünya