Putin səs tonunu yüksəltdi:"Rusiyanın cavabı heç vaxt yaşamadığınız nəticələrə gətirib çıxaracaq"
Yusif Nəzərli
11:18 24.02.2022
Siyasət
848
Səhər saatlarında Rusiya dövlət televiziyası gözlənilmədən prezident Vladimir Putinin müraciətini yayımlayıb.
"Sherg.az" "CNN"ə istinadənn xəbər verir ki, Rusiya prezidentinin sözlərinə görə, Ukraynanın Donbas bölgəsində yerləşən Donetsk və Luqansk kömək üçün Rusiyaya müraciət edib. Bu çağırışa cavab vermək üçün o, xüsusi hərbi əməliyyat başlayıb. Məqsədi Ukraynanı demilitarizasiya və deazifikasiya etməkdir:
"Bizim hərəkətlərimiz təhdidlərə qarşı özünümüdafiədir. Moskvanın Ukraynanı işğal etmək planı yoxdur".
Daha sonra ölkə rəhbəri sərt şəkildə fikirlərini ifadə edib:
“NATO Ukrayna neonasistlərini dəstəkləyir. Bizim fəaliyyətimiz təhdidlərə qarşı özümüzü müdafiə etməkdir”.
Putin Rusiya hərbçiləri ilə birbaşa danışıb. Onlara "əziz yoldaşlar" deyə müraciət edib. Hərbçilərin Ukraynanı qarət edən anti-xalq xuntasına deyil, Ukrayna xalqına sədaqət andı içdiklərini bildirib.
Ölkə başçısı Rusiyanın özünü müdafiə etməkdən başqa çarəsi olmadığını iddia edib. Səsindəki sərt tonla ABŞ, Avropa və NATO-nu təhdid edirmiş kimi görünürdü:
“Kim bizə müdaxilə etməyə, hətta daha çox ölkəmizə, xalqımıza təhlükə yaratmağa çalışsa, Rusiyanın cavabı tarixdə heç vaxt yaşamadığınız nəticələrə gətirib çıxaracaq. Biz hadisələrin istənilən inkişafına hazırıq. Bununla bağlı bütün lazımi qərarlar qəbul edilib".
Putin qeyd edib ki, İllərdir, NATO-nun Rusiya sərhədlərinə doğru genişlənməsi ilə bağlı şikayətlər edib, amma buna məhəl qoyulmayıb:
"Ümid edirəm ki, məni eşitdilər".
Cəmilə ƏZİM
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Qeşm adasında SEPAH-ın raket buraxılış məntəqəsini vurdu
19:28 18.11.2026
Gündəm
Əkrəm İmamoğluna iki il həbs cəzası verildi
19:12 18.11.2026
Aktual
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:24 18.11.2026
Dünya
Sumqayıtda payız-qış mövsümü ilə bağlı müşavirə keçirilib
18:22 18.11.2026
Sosial
KİV: Putin Çinə nüvə çantası ilə gedib
18:09 18.11.2026
Dünya
Dövlət qulluğu üzrə daxili müsahibə elanı ləğv olunub
17:29 18.11.2026
Aktual
Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib
17:06 18.11.2026
Media
Numan Kurtulmuş Özgür Özəli ziyarət edəcək
16:57 18.11.2026
Siyasət
Bakıda və bəzi rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
16:54 18.11.2026
Ekologiya
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayılıb
16:30 18.11.2026
Dünya
Putin və Tramp Çində ayaqüstü söhbət ediblər
16:13 18.11.2026
Gündəm