Rusiyanın “Azimut Airlines” aviaşirkətinə məxsus, Mineralnıye Vodı-Antalya marşrutu üzrə uçuş həyata keçirən sərnişin təyyarəsinə bomba qoyulması barədə məlumat daxil olub.
Sherg.az xəbər verir ki, bu barədə DHA məlumat yayıb.
Bomba həyəcanından sonra Antalya Hava Limanına enən “Sukhoi Superjet 100” tipli təyyarə təhlükəsiz əraziyə aparılıb. Təyyarədəki 65 sərnişin və 4 ekipaj üzvü təxliyə edilib.
RA-89120 qeydiyyat nömrəli təyyarə ilə bağlı məlumatdan sonra hava limanında təhlükəsizlik tədbirləri gücləndirilib və təyyarə üçün 5 nömrəli perronda xüsusi dayanacaq yeri ayrılıb.
Təxliyədən sonra təhlükəsizlik əməkdaşları təyyarədə axtarışa başlayıblar.