“Qiyamət qatarı” şok yaratdı
Yusif Nəzərli
03:34 07.04.2022
Dünya
779
Çin nüvə silahlarını dünyaya daşıyacaq
Çindən ürküdücü xəbərlər gəlir. Xarici mediada yer alan məlumata görə Çin hökuməti sürət qatarlarından nüvə silahı daşıyıcısı kimi istifadə etməyi planlaşdırır. İndiyədək nüvə silahlarının səmadan, dənizdən işə salına biləcəyi bildirilirdisə, bundan sonra sürət qatarları da bu dəhşəti dünyaya daşıyacaq. Çində aparılan tədqiqat sürət qatarlarının nüvə silahı daşımaq üçün uyğun olduğu gerçəyini ortaya qoyub. Vaxtilə SSRİ də bunu təcrübədən keçirirmiş.
Lakin SSRİ ilə ABŞ arasında nüvə silahlarına moratorium qoyulmasıyla bağlı imzalanan müqavilə sonrası bundan əl çəkildi. Çin isə göründüyü qədər bu təcrübəni yenidən tətbiq etməyə hazırlaşır. Çinin Siçuan əyalətinin paytaxtı Çenqdu şəhərindəki universitetdə inşaat mühəndisliyi tədris edən dosent Yin Zihonq və rəhbərlik etdiyi işçi qrup apardıqları tədqiqatlarla sürət qatarları vasitəsilə nüvə silahından istifadə edilə biləcəyi nəticəsini əldə edib. Tədqiqat zamanı saatda 350 km. sürətlə hərəkət edən, 60 ton ağırlığında, 16 vaqondan ibarət qatar maketindən istifadə edilib. Qatarın “Qiyamət qatarı” ola biləcəyi, nüvə silahlarını daha sürətlə daşıya və atəş aça biləcəyi nəticəsinə gəlinib. Bunun bir səbəbi də dəmiryollarının daha keyfiyyətli, ağırlığa davamlı inşa edilməsidir.
Çin ordusunun 2016-cı ildə bir qatar vaqonundan nüvə raketi fırlatdığı da məlumdur. Bu qatarlar zahirən mülki nəqliyyat kimi görünəcək, daxildə isə silah daşıyıcısı olacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mark Rutte: Kırım körpüsünə hücumun uğurlu olduğu görünür
20:18 17.11.2026
Gündəm
Co Bayden: 2008-ci ildə Ukraynaya verilən vəd vaxtından əvvəl idi
20:10 17.11.2026
Gündəm
Bakıda ögey qardaşı 23 yaşlı qadını bıçaqlayaraq öldürüb
19:48 17.11.2026
Hadisə
Baxçalıdan sosial mediaya məhdudiyyət çağırışı: “Artıq vaxtıdır”
19:41 17.11.2026
Gündəm
İranın Qeşm adasında partlayışlar baş verib
19:12 17.11.2026
Aktual
Məşhur şadlıq saraylarında nöqsanlar: Mal əti əvəzinə...
19:01 17.11.2026
Sosial
Sumqayıtda "Embawood"un anbarında ölüm hadisəsi olub
18:55 17.11.2026
Hadisə
Alen Simonyan: Katolikos II Qaregin milli təhlükəsizliyə təhdiddir
17:46 17.11.2026
Region
Uşağa qulluğa görə müavinət hüququ... - Yeni qayda
17:44 17.11.2026
Sosial
İranda üç etirazçı edama məhkum edildi
17:26 17.11.2026
Dünya
Azərbaycanda saatlıq əməkhaqqı sistemi tətbiq ediləcək
17:24 17.11.2026
İqtisadiyyat
Britaniya TRIPP-in təhlükəsizliyinə töhfə verə bilər - ŞƏRH
17:18 17.11.2026
Aktual