2 sentyabra reaksiya:“Qırıcılarımız havaya qalxmalı, ordumuz...”

Ermənistan hakimiyyəti sentyabrın 2-də qondarma rejimin “müstəqilliyinin” otuzuncu ildönümünü qeyd etməyə hazırlaşır.  Bu barədə siqnallar artıq daxil olmaqdadır. Rəsmi İrəvan artıq “qırmızı xətti” keçməyə cəhd göstərir.

Ağ Partiya sədrinin müavini, politoloq Əhəd Məmmədlinin fikrincə, bu, yolverilməzdir. O, fikirlərini “Sherg.az”la bölüşdü: 

“Azərbaycan Ermənistanın növbəti təxribatına imkan verməməlidir. Qırıcılarımız havaya qalxmalı, ordumuz həmin gün hazır vəziyyətdə olmalıdır. Əvvəlcə isə xəbərdarlıq edilməlidir. Əgər Qarabağda hansısa təntənə keçirilərsə, başına gələcəklərə görə düşmən özü məsuliyyət daşıyır”.