Yeni geostrateji vəziyyətin tələbidir: Bolqarıstan-Azərbaycan əməkdaşlığı sürətlə inkişaf edəcək
Yusif Nəzərli
08:31 23.07.2022
Siyasət
707
Azərbaycana səfər edən Bolqarıstanın Baş naziri Kiril Petkov Prezident İlham Əliyev tərəfindən qəbul olundu. Dövlət başçısı Bolqarıstanla Azərbaycanın strateji tərəfdaş olduqlarını bildirdi. Ölkə rəhbəri yaxın vaxtda müvafiq Bəyannamə imzalandığını xatırlatdı və bunun olduqca yüksək səviyyəli əməkdaşlıq olduğunu söylədi: “Əlbəttə, strateji əməkdaşlıq bir çox sahələri, o cümlədən enerji təhlükəsizliyini əhatə edir. Bu mövzu hazırda qlobal gündəliyin ən üstün mövzularından biridir. Bu və digər məsələlər bu gün müzakirə olunacaq. Şadam ki, biz enerji sahəsində aramızda iş birliyini qurmuşuq. Bolqarıstana Cənub Qaz Dəhlizi üzrə artıq birbaşa xətt gedir. Bu, təbii ki, gələcəkdə böyük potensialı olacaq uzunmüddətli əməkdaşlıqdır. Lakin nəinki enerji, o cümlədən ticarət, sərmayələr, birgə müəssisələrin yaradılması, turizm kimi digər sahələr də var. Dostlar arasında müzakirə olunacaq sahələr çoxdur. Ölkələrimiz dost ölkələrdir. Əminəm ki, bu dostluq gələcəkdə güclənəcək”.
Kiril Petkov da öz növbəsində vurğulayıb ki, Bolqarıstan-Azərbaycan strateji tərəfdaşlığı fəal şəkildə inkişaf edəcək: “Bolqarıstan və Azərbaycan arasında strateji tərəfdaşlıq iki ölkə arasında enerji və nəqliyyat əlaqələrinin genişləndirilməsinə istiqamət almaqla fəal şəkildə inkişaf edəcək. Bolqarıstan və Azərbaycan təbii qaz tədarükünün şaxələndirilməsi və Cənubi və Cənub-Şərqi Avropada enerji təhlükəsizliyinin artırılması üçün mühüm tərəfdaşlardır”.
Bolqarıstan-Azərbaycan əlaqələri ilə bağlı “Şərq”ə danışan “Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri Samir Hümbətov deyib ki, son illər Azərbaycan-Bolqarıstan arasında qarşılıqlı, faydalı əməkdaşlıq inkişaf etməkdədir. Analitik bildirib ki, Azərbaycan-Bolqarıstan əlaqələri həm ikili kontekstdə, həm də regional və beynəlxalq təşkilatlar səviyyəsində uğurla inkişaf edir:
“Bolqarıstan digər Avropa ölkələri kimi Azərbaycanın enerji ixracatının əsas istiqamətlərindən biridir. Əlbəttə ki, Rusiya-Ukrayna müharibəsi fonunda Avropada yaranmış enerji təhdidi Bolqarıstana da ciddi mənfi təsir göstərdi.
Bolqarıstan Azərbaycanla enerji-nəqliyyat əlaqələrinin genişləndirilməsi istiqamətində mütləq şəkildə addım atmalıdır. Bu, Bolqarıstanın enerji təhlükəsizliyi baxımından çox önəmlidir.
Nəzərə alaq ki, Çinin “Bir kəmər, bir yol” layihəsinin məhz Azərbaycan vasitəsi ilə Avropaya, Böyük Britaniyaya qədər gedib çıxması müzakirə olunur.
Belə halda Bolqarıstanın da enerji layihələrində iştirakı mütləq və vacibdir. Bu amil iki ölkənin əlaqələrinə müsbət mənada ciddi təsir göstərir. Digər yandan Azərbaycan TANAP və TAP layihəsini həyata keçirir. Bu layihələr Cənub-Şərqi Avropanın qaz təchizatında geniş rola malikdir.
Ola bilsin, gələcəkdə TANAP və TAP 2 layihələri də həyata keçirilsin. O baxımdan Bolqarıstan-Azərbaycanın əməkdaşlığının sürətli inkişafı həm zamanın, həm də yaranmış geostrateji vəziyyətin tələbidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
SEPAH Fars körfəzində supertankerin batırıldığını açıqlayıb
22:19 15.11.2026
Gündəm
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət