Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb

Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb.

Teleqraf xəbər verir ki, bu barədə Superliqa təmsilçisinin prezidenti Memik Yılmaz jurnalistlərə açıqlamasında bildirib.

O, komanda olaraq həmrəyliyə ehtiyac duyduqları dövrdən keçdiklərini və kollektiv üçün ən yaxşı baş məşqçini tapmağa çalışdıqlarını deyib.

"Volkan Dəmirəllə razılığa gəlmişik. O, sabah komandanın başında məşqə çıxacaq", - deyə klub prezidenti qeyd edib.

Qeyd edək ki, 45 yaşlı mütəxəssis məşqçilik karyerası ərzində Türkiyənin "Fatih Karagümrük", "Hatayspor", "Bodrum" və "Gənclərbirliyi" klublarını çalışdırıb.