Ortaq nəqliyyat layihəsi gərginliyi azaldacaq
Yusif Nəzərli
08:30 27.07.2022
Siyasət
584
Rusiya və İran İrəvanın yalvarışlarına rəğmən, şimal-cənub nəqliyyat dəhlizində Ermənistanı deyil, Azərbaycanı seçdi
Rusiya 2030-cu ilə qədər İrana 1.5 milyard dollar kredit ayırmağı planlaşdırır. Kreditin bir hissəsi Astara-Rəşt dəmiryolunun tikintisinə xərclənəcək. Azərbaycan bir neçə il əvvəl bu dəmiryolunun tikintisi məqsədilə İrana 500 milyon dollar kredit verməli idi. Qərbin İrana qarşı sanksiyaları işi uzatdı. Çünki İrana bank köçürmələri mürəkkəbləşdi. Kreml isə tələsir. Ukraynada davam edən işğalçı müharibə fonunda Rusiyanın Avropaya yolu kəsilib. Moskva alternativ yollar axtardığı üçün şimal-çənub nəqliyyat dəhlizinə önəm verməyə başlayıb. Rusiya və İran prezidentləri bugünlərdə Tehranda bu mövzunu geniş müzakirə ediblər.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Şimal-Cənub nəqliyyat dəhlizi Azərbaycanın da faydasınadır. Ekspertə görə, tranzitdən gəlir əldə edəcəyik və nəqliyyat dəhlizi Azərbaycanın bölgədə rolunu daha da artıracaq:
“Azərbaycanın Rusiya və İranla münasibətlərində mövcud bir sıra siyasi gərginliklərə rəğmən, ortaq nəqliyyat layihəsi yumşaldıcı rol oynayacaq. Rusiya və İran İrəvanın yalvarışlarına rəğmən, şimal-cənub nəqliyyat dəhlizində Ermənistanı deyil, Azərbaycanı seçdi. Rusiyanın krediti ilə 164 kilometrlik dəmiryolu xətti çəkilməlidir. Hazırda Astara ilə Rəşt arasındakı məsafədə yüklər avtobomil nəqliyyatı vasitəsilə çatdırılır ki, bu, sürəti azaldır. Rusiya bu yolla il ərzində 30 milyon ton yük daşımağı planlaşdırır. Bu marşrutdan Hindistan da istifadə etməyi planlaşdırır. Hazırda Hindistanın Mumbay şəhərindən Rusiyanın Sankt-Peterburq şəhərinə yüklər dəniz və Süveyş kanalı yolu ilə 30-45 günə çatdırılır. Şimal-cənub xətti işə düşdükdən sonra isə məsafə 15-24 günə qədər qısalacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət