Günay Əfəndiyeva:“Reza Deqatinin fotoşəkillərinə baxarkən insanlar həm təsirlənir, həm də heyranlıq duyurlar”
Yusif Nəzərli
13:03 27.07.2022
Gündəm
681
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva dünyaşöhrətli fotoqraf Reza Deqatinin 70 illik yubileyinə həsr olunmuş “Keçmiş və gələcək bəşəriyyətin şahidi” adlı tədbirdə iştirak edib. Tədbir Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının Mədəniyyət naziri Anar Kərimov, rəsmilər, səfirlər, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Tədbirdə çıxış edən Günay Əfəndiyeva Reza Deqati ilə bağlı xatirələrini bölüşüb. Fondun prezidenti indiki Azərbaycan Diaspor Komitəsinin təməlini qoymuş və əsas məqsədinin Azərbaycandan kənarda yaşayan soydaşlar arasında əlaqə yaratmaq, onları Azərbaycanda tanıtdırmaq olan ötən əsrin 80-ci illərində yaradılmış “Vətən” Cəmiyyətinin xətti ilə bir çox azərbaycanlıların ölkəyə dəvət olunduğunu vurğulayıb. Günay Əfəndiyeva Reza Deqatinin bu insanlar sırasında xüsusi yer aldığını diqqətə çatdırıb: “Beləcə onun Azərbaycanla bağlılığı, əməkdaşlığı yaranmışdır. O, həmin illərdə gənc olmasına baxmayaraq, öz sahəsində artıq sözünü deyən peşəkar bir fotojurnalist idi. Dünyanın ən qaynar nöqtələrindən fotolar çəkərək həqiqətləri dünya ictimaiyyətinə çatdırırdı. Daha sonra Qanlı Yanvarda və bütün məlum Qarabağ hadisələrində Azərbaycan gerçəklərini dünyaya cəsurluqla nümayiş etdirdi, Vətən borcunu vicdanla yerinə yetirdi. Onun fotoşəkillərinə baxarkən insanlar həm təsirlənir, həm də heyranlıq duyurlar”.
Günay Əfəndiyeva Azərbaycan Respublikasının Prezidenti, Ali baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan əsgərləri tərəfindən Türk dünyasının salnaməsinə yeni tarix yazıldığını və torpaqların geri qaytarılmasıyla qürurlu günlər yaşadıldığını vurğulayıb. Günay Əfəndiyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın başçılığı ilə Heydər Əliyev Fondu tərəfindən müxtəlif ölkələrdə keçirilmiş bir çox tədbirlərdə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət" kampaniyasının layihələrində Reza Deqatinin yaxından iştirak etdiyini bildirib: “Reza Deqati Azərbaycan həqiqətləri ilə yanaşı eyni zamanda Azərbaycan tarixini, mədəniyyətini, adət-ənənələrini beynəlxalq müstəvidə nümayiş etdirirdi.”
Günay Əfəndiyeva Azərbaycanın işğaldan azad olunmuş bölgələrinə səfərlər çərçivəsində xarici dövlətlərin Azərbaycandakı təmsilçiləri ilə bərabər Reza Deqatinin daimi iştirakını xüsusi vurğulayaraq, onu əsl dünya insanı kimi qiymətləndirib.
Sonra Günay Əfəndiyeva Xalq rəssamı Arif Hüseynovun “Xarıbülbül” adlı rəsm əsərini, eləcə də Beynəlxalq Türk Mədəniyyəti və irsi Fondu adından rəsmi təbrik məktubunu dünyaşöhrətli fotoqrafa hədiyyə edib.
Oxşar xəbərlər
Yəmən hökuməti Bab əl-Məndəb boğazı və Zubab rayonuna nəzarəti tam itirib - YENİLƏNİB
17:30 15.11.2026
SEPAH: ABŞ-ın Bəhreyndəki helikopter bazasındakı radara PUA zərbəsi endirilib - YENİLƏNİB
12:23 15.11.2026
Xəbər lenti
Hamısına bax
ABŞ-də uçuşların noyabrın 16-da normallaşacağı proqnozlaşdırılır
21:03 15.11.2026
Gündəm
İlham Əliyev televiziya və radio işçilərini təbrik edib
20:08 15.11.2026
Rəsmi
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə