
Dünya türk xəstədən danışır: Əvvəlcə HİV və "Covid"ə, daha sonra meymun çiçəyinə...
13:19 31.07.2022
Dünya
775
Əvvəlcə HİV-ə yoluxdu, sonra pandemiya zamanı "Covid"ə yaxalandı. Keçən iyun ayında meymun çiçəyi virusuna görə 11 gün xəstəxanada yatdı və təxminən 3 həftə karantində qaldı.
SHerg.az türk mediasına istinadən xəbər verir ki, İngiltərədə yaşayan 35 yaşlı Harun Tulunay bir vaxtlar meymun çiçəyi ilə bağlı təcrübəsini bölüşməsi dünyanın gündəminə çevrilib. Tulunay başına gələnləri danışıb.

Keçən iyun ayında İngiltərənin paytaxtı Londonda meymun çiçəyi diaqnozu qoyulan türk Harun Tulunay Avropada bu xəstəliklə bağlı təcrübəsini sosial mediada açıq şəkildə paylaşan ilk xəstə olub.
Tulunayın açıqlamaları Birləşmiş Millətlər Təşkilatının (BMT) və ÜST-ün rəsmi internet saytlarında da paylaşılıb.
Tulunay 2015-ci ildə İngiltərədə məskunlaşdığını, 2016-cı ilin iyununda HİV-ə yoluxduğunu və pandemiya dövründə "Covid"ə yaxalandığını deyib və meymun çiçəyi diaqnozu ilə bağlı təcrübəsini ümumiləşdirib:
"İyun ayının əvvəlində yüksək hərarət və həddindən artıq qızdırma, üşütmə, tərləmə, limfa vəzilərinin şişməsi ilə xəstələndim. Bir həftə qızdırmam düşmədi. Sonra tüpürə bilmədiyim üçün xəstəxanaya yerləşdirildim. 3 gün sonra testim müsbət çıxdı."
Tulunay, ilk dəfə 30 il əvvəl rast gəlinən və hazırda təsiri tam bilinməyən bir xəstəliklə otaqda təkbaşına karantində qalmağın böyük bir travmaya səbəb olduğunu söyləyib.
"Xəstəxana otağında dörd divar var, pəncərəsi belə açılmır. Həkimlər içəri girəndə yüksək qoruyucu kostyum geyinir, girəndə toxunduğunuz heç bir şeyə toxunulmur, otağınıza girən heç bir şey yenidən çölə çıxmır. Gördüyünüz tək şey. həkimlərinizin qoruyucu geyimində olan iki gözüdür. Təbii ki, qorxuludur. O zaman buradakı (Türkiyədə) dostlarımla danışıb ağlayırdım, əcəba ölürəmmi? Heç nə yaxşıya getmir deyə əndişələnirdim."
Tulunay, HİV-in pozitiv diaqnozu də daxil, heç bir şeyin buna bənzəmədiyini vurğulayaraq, xəstəliyin yaratdığı ümidsizlik bir yana, bir də qapalı yerdə, ətrafdan təcrid olunmuş durumda yaşamanın çox sarsıdıcı olduğunu vurğulayıb.
Turan
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual