"100 min hektarda əkilən məhsul məhv olubsa, deməli bu il məhsuldarlığın həcmi xeyli azalacaq" - İqtisadçı
13:58 31.07.2022
Gündəm
672
"Kənd təsərrüfatı naziri İnam Kərimov deyib ki, quraqlığa görə bu il ölkədə 100 min hektarda əkilən taxıl məhv olub".
"Sherg.az" xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli deyib.
Ekspert bildirib ki, ölkədə 1 mln. hektar sahədə dənli bitkilər, 600 min hektarda buğda, 400 min hektarda isə arpa əkilmişdi:
"Artıq 100 min hektarda əkilən məhsul məhv olubsa, deməli bu il məhsuldarlığın həcmi xeyli azalacaq. İqlimin, quraqlığın, təbii ki, təsiri var. Amma ən böyük bəla əldə olan resurslardan belə normal istifadə edə bilməməkdir. İki önəmli problem var. Birincisi, məmurların, onlara bağlı şirkətlərin suya ehtiyacı adi adamlardan öncə ödənilir, məhdudiyyətsiz su alırlar. Bundan başqa torpaq suvarma kanallarında su itkisi 40-50 faizdir. İkincisi isə insanlıq 10 min il əvvəl Mesopatamiyada primitiv alətlərlə və üsullarla necə suvarmağı öyrəniblərsə, məmləkətdə indi də eyni qaydada torpaq sulayırlar. Ölkə buğdaya olan tələbatının sadəcə 25 faizini daxili istehsalla ödəyir. 75 faiz xaricdən asılıyıq. Bu da telefon, tv, elektrik avadanlığı deyil ki, istehsal edə bilməyək. Doğru sistem qurulsa, asılılığı 30 faizə qədər azaltmaq mümkün ola bilər".
Oxşar xəbərlər
Yəmən hökuməti Bab əl-Məndəb boğazı və Zubab rayonuna nəzarəti tam itirib - YENİLƏNİB
17:30 15.11.2026
SEPAH: ABŞ-ın Bəhreyndəki helikopter bazasındakı radara PUA zərbəsi endirilib - YENİLƏNİB
12:23 15.11.2026
Xəbər lenti
Hamısına bax
İran ilk termonüvə sintezi qurğusunu işə salmağa hazırlaşır
19:50 15.11.2026
Region
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual