Ərdoğanın yenidən prezident seçilmək şansı yüksəkdir
Yusif Nəzərli
09:58 02.08.2022
Aktual
628
Cümşüd Nuriyev: "Əkrəm İmamoğlu ilə Mansur Yavaşın ona ciddi rəqib olacağını zənn etmirəm"
Türkiyədə növbəti prezident və parlament seçkilərinə bir ildən az zaman qalıb. Qardaş ölkədə parlament seçkiləri prezident seçkiləri ilə birlikdə beş ildən bir keçirilir. Növbəti seçkilər ən geci 18 iyun 2023-cü ildə keçiriləcək. Seçki yaxınlaşdıqca siyasi fəallıq da artmaqdadır. Seçkilərdə 20-dən çox partiya iştirak hüququna malik olsa da, əsas rəqabətin hakim Ədalət və İnkişaf Partiyasının və Milliyətçi Hərəkat Partiyasının təşkil etdiyi “Cümhur İttifaqı” ilə bir neçə müxalifət təşkilatının qurduğu “Millət İttifaqı” arasında gedəcəyi bəllidir.
Xatırladaq ki, 2018-ci ildə keçirilən növbədənkənar prezident seçkilərində Ərdoğan seçicilərin 52 faizdən çoxunun dəstəyi ilə birinci turda qalib gəlmişdi. Parlament seçkilərinin nəticəsi də təxminən eyni olmuşdu, AKP-MHP cütlüyü 53 faizlə qalib olmuşdu. Hazırda “Cümhur İttifaqı”nın rəqibi “altılı masa” adlandırılan 6 partiyanın təşkil etdiyi müxalif blokdur. Altı partiya içində əsas siyasi güclər – ana müxalifət sayılan Cümhuriyyət Xalq Partiyası və İyi Partiyadır. Digər siyasi təşkilatların blokda təmsil olunması isə dəstək xarakterlidir. Ekspertlərə görə, “altılı masa”nın Ərdoğan qarşısında ən güclü siyasi rəqibləri Ankara bələdiyyə başçısı Mansur Yavaş və İstanbul bələdiyyə sədri Əkrəm İmamoğludur. Siyasi kulislərdə bu iki şəxsin adı hallanır.
Türkiyədə aşıq-aşkar hiss olunan seçki aktivliyini “Şərq”ə təhlil edən siyasi elmlər doktoru, professor Cümşüd Nuriyev deyib ki, hazırda qardaş ölkədə iqtidar cəbhəsi ilə müxalifət arasında ciddi çarpışma gedir. Professorun sözlərinə görə, AKP və MHP-nin yaratdığı “Cümhur İttifaqı” rəqib bloka qarşı daha şanslı və güclüdür. Ancaq ekspert iki blok arasında gərgin siyasi yarışın gedəcəyini istisna etmir:
“Müxalifətin əlindəki ən güclü rıçaqlar iqtidarın zəif nöqtələridir. Elə bir iqtidar yoxdur ki, onun həssas yerləri olmasın. Türkiyənin hazırda ən zəif damarı iqtisadiyyatın pisləşməsi və kəskin bahalaşmadır. Ankaranın regional və qlobal siyasəti, dünyada söz sahibinə çevrilməsi istiqamətində atdığı addımlardan sonra Türkiyəyə qarşı təzyiqlər güclənib, basqılar artıb. Təbii olaraq, xaricdən Ərdoğan iqtidarına edilən təzyiqlər daxildəki müxalif güclərin də işinə yarayır. Türkiyədə iki böyük “5-ci kolon” var. Birincisi, PKK, ikincisi isə HDP ilə əməkdaşlıq edən, Türkiyəni hər fürsətdə vurmağa çalışan bəzi müxalifət partiyalarıdır.
Hər şeyə rəğmən, “altılı masa”nın işi çox çətindir. Təsəvvür edin, hakim partiyanın qarşısına çıxmış altı siyasi təşkilatın rəhbərləri arasında vahid namizəd ola biləcək şəxs tapılmır. Sadəcə, İyi Partiyanın sədri Meral Akşenerin adı ara-sıra çəkilir. Müxalifət düşərgəsi vahid namizəd kimi Mansur Yavaşı, Əkrəm İmamoğlunu irəli sürməyi götür-qoy edirlər.
Meral Akşener əsas oyunçu deyil, ondan yararlanmağa çalışırlar. Bu qadının liderlik ehtimalı sıfıra bərabərdir. Əsas fiqurlar Əkrəm İmamoğlu ilə Mansur Yavaşdır. Lakin onların Ərdoğan üçün ciddi rəqib olacağını zənn etmirəm. Çünki bu iki şəxs bələdiyyə sədri kimi belə özlərini doğrultmadılar.
Hər ikisi barədə ciddi narazılıq hökm sürür. Seçki öncəsi Ərdoğanın tərəfdarları ilə müxalifət arasında qarşıdurma olacağı ehtimal edilsə də, genişmiqyaslı gərginlik gözlənilmir. Ərdoğanın şansı yüksəkdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycanda küləyin sürəti 27 m/s-dək güclənib - FAKTİKİ HAVA
19:31 15.11.2026
Ekologiya
Türkiyənin "Qaziantep" klubu baş məşqçi Volkan Dəmirəllə anlaşıb
19:08 15.11.2026
Futbol
Ağstafada sursat partladı: ölən və yaralanan var
18:10 15.11.2026
Hadisə
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual