Yola çıxan taxıl gəmilərinin sayı 10-a çatıb
Yusif Nəzərli
09:44 09.08.2022
Siyasət
603
İstanbul razılaşması ilə təkcə Ukrayna deyil, eyni zamanda Rusiya da qazanclı çıxmış olur
Ukraynanın Qara dəniz limanlarından taxıl yüklənmiş əlavə iki gəmi yola düşüb. İnfrastruktur naziri Aleksandr Kubrakov hər iki gəminin yola düşdüyünü təsdiqləyib və qeyd edib ki, razılaşmaya üçüncü Ukrayna limanı "Pivdennyi" də daxil edilib. Liman artıq fəaliyyətə başlayıb. Nazir əlavə edib ki, bu limanın fəaliyyətinin bərpası ilə Ukraynanın ümumi taxıl ixracı qabiliyyəti aylıq 3 milyon tona çatacaq. Bununla da Türkiyə və BMT-nin vasitəçiliyi ilə Ukrayna və Rusiya ilə əldə edilmiş “taxıl razılaşması”ndan sonra Ukraynadan yola düşən gəmilərin sayı 10-a çatıb. Qeyd edək ki, sülh dövründə Ukrayna Qara və Azov dənizləri limanları ilə aylıq təxminən 6 milyon ton taxıl ixrac edib.
Politoloq Samir Hümbətov “Şərq”ə vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında Rusiyanın Soçi şəhərində baş tutan görüşdə bir neçə istiqamət üzrə müzakirələr aparılıb. Ekspertin sözlərinə görə, aparılmış müzakirələrdə diqqəti daha çox cəlb edən məsələlərdən biri Ukrayna taxılının BMT və Türkiyənin təminatı altında dünya bazarlarına çıxarılması məsələsi idi:
“Rusiya prezidenti Ukrayna taxılının dünya bazarlarına çıxarılmasından danışarkən Rusiya taxılının və gübrəsinin də dünya bazarlarına çıxarılmasından məmnuniyyətlə danışdı. Putinin bu çıxışından belə anlaşıldı ki, deməli, İstanbul razılaşmasında təkcə Ukrayna taxılının dünya bazarlarına çıxarılması üçün razılıq əldə edilməyib, eyni zamanda Rusiya taxılının və gübrəsinin də dünya bazarlarına çıxarılması üçün də razılıq əldə edilib. Bu isə o deməkdir ki, İstanbul razılaşması ilə təkcə Ukrayna deyil, eyni zamanda Rusiya da qazanclı çıxmış olur. Məsələnin digər önəmli tərəfi bu anlaşmada Türkiyənin önəmi və oynadığı roldur”.
Siyasi şərhçinin fikrincə, Türkiyə bu anlaşma ilə üç önəmli məqamı əldə etmiş oldu:
“Bu anlaşma ilə təminatçı ölkə olmaq imkanlarının yüksək olduğunu sərgilədi. Həm Rusiya, həm də Ukrayna Türkiyəyə rahat şəkildə etibar etdiyini nümayiş etdirə bilir. Rusiya ona qarşı sanksiyaların yaratdığı çətinliklər qarşısında Türkiyədən ciddi mənada asılılığı qəbul etməyə məcbur oldu.
Türkiyə ən çətin məqamda da təkcə özü üçün deyil, eyni zamanda digər dövlətlərin də ərzaq təhlükəsizliyini düşünmək imkanına malikdir.
Qeyd edilənləri nəzərə alsaq, bundan sonra hələ uzun müddət həm Rusiya, həm də Ukrayna bəzi məsələlərdə, xüsusilə də xarici ticarət əlaqələrinin fəormalaşdırılmasında Türkiyədən asılı vəziyyətdə qala bilərlər. Türkiyənin isə burada əsas qazancı regionda və dünyada nüfuzunu daha da möhkəmləndirmək, iqtisadi imkanlarını artırmaq və daxili və xarici təhlükəsizliyini təmin etməkdən ibarətdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya danışıqlarda iştirak etməməlidir - Mihkelson
16:55 15.11.2026
Aktual
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb
16:37 15.11.2026
Hadisə
Paşinyan Pnompendə Bakı və İrəvan arasında sülhdən danışdı
16:00 15.11.2026
Cənubi Qafqaz
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı