Gizli plana aldanmaq olmaz
Yusif Nəzərli
10:43 10.08.2022
Aktual
592
"Azərbaycan vətəndaşı olmaq istəyən ermənilər indiyə qədər harda idi?"
"Nə etsək də faydasızdır. Heç vaxt türkləri, müsəlmanları sevməyəcəklər. Xam xəyallara düşmək lazım deyil"
Son günlər ərzində bir neçə Ermənistan vətəndaşı Prezident İlham Əliyevə müraciət edərək Azərbaycan vətəndaşlığını qəbul etmək istədiklərini bildiriblər. Vaqe Qambaryan adlı erməni və tanınmış bloqer İşxan Verdyan Azərbaycan vətəndaşı olmaq istəyənlər sırasındadır. Adları çəkilən ermənilər sosial şəbəkə vasitəsilə videomüraciət yayaraq, Ermənistan pasportundan imtina etdiklərini açıqlayıblar. Qambaryan müraciətində Bakıya gələrək yaxınlarını ziyarət etmək arzusunda olduğunu söyləyib.
Bloqer İşxan Verdyan isə müraciətində bildirib ki, Ermənistana getməyən ermənilər Azərbaycan vətəndaşlığını alaraq cəmiyyətin bir hissəsinə çevrilməli olacaqlar. Onun sözlərinə görə, ermənilər Qarabağda təhlükəsiz və hətta gözəl şəkildə yaşaya bilərlər. Bu arada islamı qəbul edən erməni qadın Aqunik Abovyan da Prezident İlham Əliyevə müraciət edib və Bakıya gəlmək üçün icazə istəyib. Bu barədə müraciətini o, sosial şəbəkə hesabından paylaşıb. Abovyanın sözlərinə görə, Azərbaycanda olmaq, həyat yoldaşının və dostlarının vətənini görmək onun ən böyük arzusudur. Başqa bir diləyi isə Qarabağa getməkdir: “Əgər mümkünsə, məhz Şuşada məsciddə namaz qılmaq kimi xəyalım var”. Ermənilərin müraciəti birmənalı qarşılanmır. Bəziləri hesab edirlər ki, belə çağırışlara dərhal müsbət cavab verilməlidir ki, presedent olsun. Digərləri isə bunun təxribat ola biləcəyindən ehtiyatlanırlar.
AĞ Partiya sədri Tural Abbaslı “Şərq”ə deyib ki, o, ümumiyyətlə ermənilərin səmimiyyətinə inana bilmir. Partiya rəhbəri bildirib ki, həddindən artıq radikallıq meyilləri, yaxud ara-sıra sərgilənən humanizm təşəbbüsləri “Böyük Ermənistan” oyununun tərkib hissəsidir:
“Adıçəkilən şəxslərin indiki məqamda müraciət etməsi gizli plana əsaslanır. İrəvan hər zaman çalışıb ki, Azərbaycanı “təcavüzkar”, “müharibəni davam etdirmək istəyən ölkə” kimi qələmə versin. Özlərini isə “sülh göyərçini” obrazında dünya ictimaiyyətinə sırımağa cəhd ediblər. Guya indiyə kimi türk qanı axıtmaqdan həzz duyan ermənilər o qədər “sülhpərvər” olub ki, hətta “düşmənlə” birgəyaşayışdan dəm vurmağa başlayıblar. Azərbaycan vətəndaşı olmaq istəyən, müharibənin əleyhinə olduqlarını söyləyən ermənilər 30 il ərzində harada idi? Niyə indiyədək səsləri çıxmırdı? Azərbaycan Ordusu öz gücü hesabına torpaqlarını işğaldan azad etdikdən sonra Ermənistan vətəndaşları arasında “sülh carçıları” peyda oldu. Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşlığını qəbul etməsi kifayətdir. Ermənistandan 5-10 nəfərin gəlməsinə ehtiyac yoxdur. Artıq onları yaxşı tanıyırıq”.
T.Abbaslı vurğulayıb ki, tarix boyu ermənilərə qucaq açmışıq və hələ də bunun ağrısını yaşayırıq:
“Azərbaycanın ən gözəl yerlərində məhz ermənilər məskunlaşıb. Ancaq ilk fürsətdə xəyanət ediblər, xəncəri kürəyimizə saplayıblar. Ermənilərə inancımız yoxdur. Onlara əlavə status, əlahiddə hüquq verərək dünyaya nəyisə sübut etməyə çalışmamalıyıq. Nə etsək də faydasızdır. Heç vaxt türkləri, müsəlmanları sevməyəcəklər. Xam xəyallara düşmək lazım deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa müharibəyə hazırlaşır - Xrenin
15:10 15.11.2026
Aktual
Qazaxda fərdi yaşayış evinin həyətində 3 ton ot bağlaması yanıb
14:56 15.11.2026
Hadisə
Rəşad Məcidə ağır itki üz verib
14:17 15.11.2026
Cəmiyyət
Bu dəfə general qızı onu məhkəməyə verdi
13:51 15.11.2026
Cəmiyyət
Yeniliyin və inkişafın ünvanı : Qazax
12:55 15.11.2026
Ölkə
Sabah intensiv yağış yağacaq -PROQNOZ
12:38 15.11.2026
Ekologiya
Lavrov məni çoxlu araq içməyə məcbur etdi - Conson
12:10 15.11.2026
Dünya
Makron Ukraynanın NATO-ya qəbul edilməsini zəruri sayır
11:55 15.11.2026
Aktual
Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib
11:11 15.11.2026
Rəsmi
Azərbaycan xarici işlər nazirinin müavini Pakistana səfər etdi
10:42 15.11.2026
Siyasət
Trampa qarşı sui-qəsd təhlükəsi: "Mossad" xəbərdarlıq etdi
09:57 15.11.2026
Dünya
Yaponiyada 7 alma 626 dollara satıldı
09:41 15.11.2026
Maraqlı
Dörd bürcə XƏBƏRDARLIQ: daha diqqətli olmalıdırlar
09:05 15.11.2026
Cəmiyyət
Qışda maşını sürməzdən əvvəl neçə dəqiqə qızdırmaq lazımdır?
08:53 15.11.2026
Aktual
İsmayıl Bəqai: ABŞ ilə münaqişə 1979 yox, 1953-cü ildə başlayıb
08:11 15.11.2026
Dünya