Xankəndidə bu geyimlər istehsal ediləcək
Yusif Nəzərli
09:36 06.07.2025
Qarabağ
508
Gələcəkdə Xankəndidə kişi köynəklərinin, xüsusi təyinatlı və hərbi geyimlərin istehsalı planlaşdırılır.
APA-nın Qarabağ bürosu xəbər verir ki, Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan “Businesstex JV” tikiş fabrikində müxtəlif növ parçadan 150 çeşiddə kişi, 300 çeşiddə qadın və 150 çeşiddə uşaq geyimləri istehsal olunur.
Gələcəkdə isə kişi köynəklərinin, xüsusi təyinatlı və hərbi geyimlərin istehsalı planlaşdırılır.
Hazırda fabrikdə hər gün 2500 ədəd müxtəlif trikotaj məhsulları istehsal edilir ki, bu rəqəmin 10 minə çatdırılması nəzərdə tutulur. Məhsulların 80 faizinin müxtəlif ölkələrə ixracı həyata keçiriləcək. Layihənin ilkin mərhələsi üzrə peşəkar təlim keçmiş 250 nəfər hazırda işlə təmin olunub. Ümumilikdə müəssisədə 500 iş yeri yaradılacaq. Fabrikdə əsasən işğaldan azad edilmiş ərazilərə qayıdan və ətraf rayonlarda yaşayan vətəndaşlar işlə təmin olunurlar.
Müəssisədə icra olunan layihənin ilkin investisiya dəyəri 6 milyon manat təşkil edir, xammal tədarükü üçün birgə sənaye əməkdaşlığı həyata keçirilir. Fabrik yerli, Türkiyə, Özbəkistan və Çin xammalı əsasında fəaliyyət göstərir. Müəssisənin qurulmasına İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu (ABİF) tərəfindən 3.5 milyon manat güzəştli kredit ayrılıb, təqribən 640 min manat məbləğində ƏDV və gömrük rüsumlarından azadolma tətbiq edilib.
Müəssisənin fəaliyyəti regionda qeyri-neft ixracının artımına əhəmiyyətli töhfə verəcək.
Qeyd edək ki, Xankəndi tikiş fabrikinin qurulması Azərbaycan və Özbəkistan arasında iqtisadi və investisiya əməkdaşlığının dərinləşdirilməsinə dair iki ölkənin dövlət başçılarının tapşırıqları əsasında həyata keçirilib. Azərbaycan-Özbəkistan birgə müəssisəsi olan bu tikiş fabriki ölkələrimiz arasında uğurlu əməkdaşlığın rəmzidir. Layihə Azərbaycanda yüngül sənayenin inkişafı üçün yeni imkanlar yaratmaqla yanaşı, Azərbaycan ilə Özbəkistan arasında ənənəvi dostluq və iqtisadi tərəfdaşlıq əlaqələrinin inkişafına xidmət edir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İspaniya kralı Seutadakı hadisələrə etirazını bildirib
22:59 01.08.2026
Gündəm
Rusiya 152 Ukrayna PUA-sını ələ keçirdi
22:41 01.08.2026
Dünya
İranda mis mədənində partlayış baş verib, 2 nəfər ölüb
21:55 01.08.2026
Dünya
Qara Tofiq vəfat etdi
21:42 01.08.2026
Cəmiyyət
Tofiq Musayevdən daha bir qələbə
21:42 01.08.2026
İdman
Uqandada Netanyahunun qardaşının abidəsi qoyuldu
20:45 01.08.2026
Dünya
ABŞ-ın 50 ölkəyə tətbiq etdiyi viza girovu proqramı daimi olacaq
20:32 01.08.2026
Gündəm
Lerikdə zəlzələ olub
19:58 01.08.2026
Hadisə
Lerik rayonunda zəlzələ qeydə alınıb
19:53 01.08.2026
Hadisə
UEFA FIFA prezidenti Canni İnfantinonu istefaya çağırıb
19:44 01.08.2026
Futbol
İraq Türkiyə vasitəsilə neft ixracını artırmaq niyyətindədir
19:28 01.08.2026
Dünya
Silahlılar Nigerdə 14 hərbçini öldürüblər
19:07 01.08.2026
Dünya
Rusiya bu kəndləri də işğal etdi
18:51 01.08.2026
Dünya
"Trabzonspor"dan Salaha 17 milyon avroluq təklif
18:31 01.08.2026
Futbol
İtaliyada zəlzələ nəticəsində xəsarət alanların sayı 26-ya çatıb
18:13 01.08.2026
Dünya