
Azərbaycanda doğum heç də “ailə qərarı” deyil, son sözü “cib və cəmiyyət” deyir -SOSİOLOQ
12:55 08.10.2025
Sosial
478
Abortun artışı zəifləyən dəyərlər fonunda sosial təzyiqlərin və iqtisadi qeyri-sabitliyin qaçılmaz nəticəsidir
Azərbaycanda abortların sayı artıb.
Bu, Dövlət Statistika Komitəsinin “Azərbaycanda kişilər və qadınlar” məcmuəsində öz əksini tapıb.
Bildirilib ki, Azərbaycanda 15-49 yaşlı hər min qadın arasında 2022-ci ildə 22.1%, 2023-cü ildə 27.9%, 2024-cü ildə isə 29.4% abort halları qeydə alınıb.
Qeyd edək ki, bu göstəricinin yüksəlməsi cəmiyyətin sosial reallıqları ilə də sıx bağlıdır. Bir çox hallarda ailə qurmaq yaşının artması, iqtisadi sabitliyin tam formalaşmaması və şəxsi prioritetlərin dəyişməsi qadınların hamiləliyi sonlandırmaq qərarına təsir göstərir. Gənc nəsil arasında karyera qurmaq, təhsilini davam etdirmək və müstəqilliyini qorumaq istəyi ailə planlaşdırmasını daha mürəkkəb hala gətirib. Bundan başqa, bəzi bölgələrdə hələ də ailə və cəmiyyət təzyiqi ilə bağlı aborta müraciət halları qalmaqdadır.
Ümumilikdə, artan abort statistikası təkcə rəqəmlərlə deyil, həm də cəmiyyətin dəyərlər sistemində və həyat tərzində baş verən dəyişikliklərlə izah olunur.
Sosioloq Yusif Nəbiyev Sherg.az-a deyib ki, abortların artması rəqəmlərin linzasından baxanda quru bir statistika kimi görünsə də, əslində cəmiyyətin dəyərləri, qadınların sosial vəziyyəti və səhiyyə sisteminin real güzgüsüdür:

"Azərbaycanda abort uzun illərdir ki, həm doğumun planlaşdırılmasının qeyri-rəsmi forması, həm də ailədaxili qərarların nəticəsi kimi işləyir. Burada məsələ yalnız tibbi deyil, həm də sosialdır. Böyük sosioloq Fukonun (M. Foucault) “biopolitika” anlayışı ilə desək, dövlət bədənlərin idarəsini statistik göstəricilərlə ölçür, amma qadınların şəxsi seçimlərinə və sosial təzyiqlərə çox da toxunmur. Abortların artmasının əsas səbəbləri arasında bir neçə faktor var: birincisi, kontraseptiv vasitələrdən istifadənin sosial normalarımızda və mədəniyyətimizdə hələ də kifayət qədər yayılmamasıdır. İkincisi, ailələrdə “oğlan üstünlüyü” düşüncəsi təəssüf ki, hələ də davam edir və selektiv abort halları gizli şəkildə hələ də aparılır. Üçüncüsü isə iqtisadi reallıqdır. İnsanlar uşaq böyütməkdə özlərini maddi olaraq təminatsız və yetərsiz hiss edirlər. Bu halda abort “məcburi seçim” kimi görünür. Bu rəqəmlər göstərir ki, Azərbaycanda doğum heç də sırf “ailə qərarı” deyil, əslində son sözü çox vaxt “cib və cəmiyyət” - yəni, iqtisadi və sosial şərtlər deyir. O baxımdan, əminliklə deyə bilərik ki, abortun artışı zəifləyən dəyərlər fonunda sosial təzyiqlərin və iqtisadi qeyri-sabitliyin qaçılmaz nəticəsidir. Burada konkret fərdləri yox, onların seçim imkanlarını məhdudlaşdıran sosial strukturları günahlandırmaq lazımdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm