Abdullah Eren Gəncədə: "Mülki vətəndaşlara qarşı qətliamlar qəbuledilməzdir"
12:45 04.11.2020
Aktual
695
Müharibə başlayandan Türkiyə olaraq qardaş Azərbaycana və onun xalqına hər sahədə dəstək verməyə çalışırıq.
AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, bunu Gəncədə jurnalistlərə açıqlamasında Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin rəisi Abdullah Eren bildirib.
O deyib: Gəncə tarixi keçmişi, yetişdirdiyi şəxsiyyətləri ilə çox önəmli şəhərdir. Burada yaşayan insanlar qəhrəman insanlardırlar. Ermənistan Gəncəyə neçə dəfə raket hücumları edib, çoxsaylı dinc insan həlak olub.
Mən onların hamısına Allahdan rəhmət diləyirəm. Uşaqlar, yaşlı insanlar qətlə yetirilib. Uşaqlar anasız, atasız qalıb. Mülki vətəndaşlara qarşı qətliamlar qəbuledilməzdir. Azərbaycan dövləti müharibə başlayandan bəri döyüş meydanında mərdliklə, müharibə qaydalarına uyğun mübarizə aparır və işğal olunmuş öz ərazilərini azad edir. Lakin Ermənistan bütün dünyanın gözü önündə terror fəaliyyəti həyata keçirərək, mülki vətəndaşları vurur.
Təəssüf ki, dünya ictimaiyyəti Ermənistanın bu qətliamlarına səssiz qaldı, görüntüləri belə paylaşmadı. Bəzi media qurumları bunu xəbər kimi hazırlamadı.
Amma eyni şey Ermənistanda olsaydı, yəqin ki, böyük xəbər hazırlayardılar. Dünyada bu məsələdə ikili standart, çox böyük haqsızlıq var. Bu haqsızlığın ortadan qalxması lazımdır.
Biz Gəncəyə həm şəhidlərimizi yad etmək, həm də dəstək olmaq üçün gəlmişik. Türk xalqı, diasporu Azərbaycanın haqlı mübarizəsini yaxından izləyir. Azərbaycanın böyük qələbəsinin yaxın olduğunu düşünürük.
Hər kəs Azərbaycan üçün dua edir. İnşallah bu müharibədə dost və qardaş Azərbaycan zəfər qazanacaq. Türkiyə də hər zaman Azərbaycanın yanında olmağa davam edəcək.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya