ABŞ Belarusa onu səfir göndərir

ABŞ Prezident Administrasiyası Belarusa səfir vəzifəsinə Culi Fişerin namizədliyini nəzərdən keçirir.

Axar.az xəbər verir ki, bu məlumatı “Forin Polisi” yayıb.

Məlumata görə, əgər Tramp Fişeri səfir vəzifəsinə irəli sürərsə, Senat bu təyinatı təsdiqləyəcək.

Jurnal Fişerin hazırda ABŞ Dövlət katibinin Qərbi Avropa və Avropa Birliyi üzrə köməkçisi olduğunu yazıb.

Qeyd edək ki, 2019-cu ilin sonuna qədər Fişer ABŞ-ın Rusiyadakı müvəqqəti işlər vəkili olub.