"ABŞ telekanalının qərəzli sualları hədəfə çatmamış göydəcə vuruldu" - Millət vəkili
13:35 25.10.2020
Aktual
646
“Minsk qrupuna həmsədrlik edən ölkələrin jurnalistlərinin əksəriyyətinin son günlər cəbhədə baş verənlərlə bağlı Azərbaycan Prezidentinə verdikləri çarpaz, nataraz, kontr suallar “ermənicə” olur. Xeylisi saxta xəbərlər, dezinformasiyalara dayanır. Amma Ali Baş Komandanımız beynəlxalq hüquq və normalara istinad etməklə onları elə yerində oturdur ki, adam ekran qarşısnda özünü az qala futbol azerkeşi kimi aparır. Bəli, cənab İlham Əliyev Messinin stadionda edə bildiklərinin bəlkə də on qatını informasiya meydanında virtuozcasına göz önünə sərir. Amerika Birləşmiş Ştatlarının “Fox News” televiziya kanalının suallarını cavablandırarkən də belə oldu”.
Bu sözləri millət vəkili Sahib Alıyev şəxsi “Facebook” səhifəsində yazıb.
O vurğulayıb ki, Amerikalı jurnalist qərəzliliyini ört-basdır etmək üçün müsahibəyə əvvəlcə təriflə başlayıb:
“O Bakının gözəlliyindən, bura gəlmək istəyindən danışdı. Ardınca isə açıq-aydın şəkildə ermənilərin marağından çıxış edərək çaşdırıcı, təsdiq və təsbitetdici məqsəd güdən suallar yağdırdı. Amma məqsədinə çatılmadı. Savaşı məhz Azərbaycanın başlatdığını, bunun anlamsız olduğunu, nahaq itkilərə yol açdığını təsdiqlətmə, təsbitlətmə cəhdləri eynən status-kvonun və təmas xəttinin aradan götürülməsi kimi darmadağın edildi. Bəzi suallar vardı ki, onu hazırlayanların nəzərində ballistik raket rolunu oynayırdı. Ancaq hədəfə çatmamış göydəcə vuruldu. Onların gətirdikləri arqumentləri Ali Baş Komandanımız dronlarımızı idarə edən hərbiçilərimiz düşmənin texinkasını hansı dəqiqliklə zərərsizləşdirirlərsə, o cür dəqiqliklə sıfırladı”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya