Aİ yekun qərarın qəbul edilməsi üçün Rusiyaya qarşı sanksiyaların müddətini bir həftə uzadıb

Avropa İttifaqına (Aİ) üzv ölkələrin səfirləri məhdudiyyətlərin uzadılması ilə bağlı mövqeləri razılaşdırmaq üçün Rusiyaya qarşı sanksiyaların müddətini daha yeddi gün uzatmağa razılaşıblar.

"Report" "İnterfaks-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Aİ Şurasına sədrlik edən İrlandiyanın mətbuat katibi Brüsseldə jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bu gün günün ikinci yarısında Daimi Nümayəndələr Komitəsi (COREPER) sanksiya rejiminin müddətinin uzadılması məsələsini müzakirə etmək üçün yenidən toplaşıb.

"Üzv dövlətlərə sanksiyaların uzadılması ilə bağlı təklifləri hərtərəfli öyrənmək üçün əlavə vaxt vermək məqsədilə COREPER bu rejimin müddətini 7 gün – sentyabrın 22-si, çərşənbə axşamı gecə yarısına qədər uzatmağa razılaşıb. Hazırda bu qərarın qüvvəyə minməsi üçün hüquqi prosedurlar tamamlanır", – mətbuat katibi bildirib.

O qeyd edib ki, məsləhətləşmələr davam edəcək, bundan sonra COREPER-də sonrakı müzakirələr keçiriləcək.