Altun: "Rusiya Əsədi idarə edə bilmirsə, bundan çəkinməyəcəyik"

"Suriya rejiminin düşmənçilik hərəkətlərinə yol verilməyəcək. Rusiya rejimi idarə edə bilmirsə, tədbir görməkdən çəkinməyəcəyik".

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Fəxrəddin Altun bildirib.

Qeyd edək ki, Suriya rejim qüvvələri türk ordusuna hücum edib, nəticədə 4 əsgər şəhid olub, 9-u yaralanıb. Türk ordusunun cavab zərbəsi nəticəsində 46 rejim əsgəri məhv edilib.