ANAMA mütəxəssisləri cəbhəboyu ərazilərdə əməliyyat-axtarışları davam etdirirlər
19:44 11.10.2020
Aktual
581
Oktyabrın 11-də Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Beyləqan, Füzuli, Goranboy, Tərtər rayonları, Gəncə, Mingəçevir və Naftalan şəhərləri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən - 31 (otuz bir) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 2 (iki) müraciət daxil olub.
ANAMA-dan Sherg.az-a bildirilib ki, daxil olmuş 33 çağırış əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağdam rayonunun Əfətli, Zəngişalı, 1-ci Alıbəyli kəndləri, Ağcabədi rayonunun Hacıbədəli, Tanyaq, Ağgöl, Yuxarı Qiyaməddinli, Hacılar, Şotanlı kəndləri və Hindarx qəsəbəsi, Füzuli rayonunun Şükürbəyli və Arayatlı kəndləri, Goranboy rayonunun Tapqaraqoyunlu kəndi, Gəncə, Mingəçevir və Naftalan şəhərləri ərazisində Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 31 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 300 mm-lik 9M528 raketinin döyüş başlığı, 2 ədəd partlamış “Toçka-U” taktiki raketinin (9M79M) və 31 ədəd müxtəlif çaplı partlamış top mərmisinin qalıqları aşkar olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya