Anklav və eksklavların mübadiləsi:“Qazaxın kəndləri tez-gec qaytarılacaq”
Banuçiçək Kalbalıyeva
12:21 24.08.2021
Aktual
739
“Sülh müqaviləsi imzalansa, qarşılıqlı olaraq sərhədlər tanınsa, şübhəsiz ki, bu, Qazaxın kəndlərinə də aid olacaq”
“Proseslər sərhədin mübahisəsiz, düz xətt üzrə çəkilməsinə doğru gedir”
Ermənistan Dilican (Tavuş) bölgəsinin Azərbaycanla sərhəddə yerləşən kəndlərindəki əhalinin evakuasiya edilməsi proqramını hazırlayıb.
Bölgənin qubernatoru Hayk Galumyanın avqustun 19-da qəbul etdiyi qərarda evakuasiya ediləcək əhalinin sayının, ərzaq tədarükünün və əsas ehtiyaclarının hesablanması, yaş qruplarına bölünməsi, bölgənin digər ərazilərində müvəqqəti və uzunmüddətli yaşayış yerlərinin, o cümlədən, insanların köçürüləcəyi yaşayış məntəqələrinin siyahısının hazırlanması əksini tapır. Ermənilər bunun Qazaxın işğal altındakı 7 kəndinin boşaldılması ilə bağlı olduğunu yazırlar. Bunun həmin istiqamətdə yeni hərbi toqquşmaya hazırlıq olması da istisna deyil.
Jurnalist, “Ayna.az” saytının redaktoru Tural Ağatlı bu barədə fikirlərini “Sherg.az”la bölüşdü. Onun sözlərinə görə, Qazaxın kəndləri tez-gec qaytarılacaq:
“Bu məsələ 10 noyabr üçtərəfli razılaşmasının ilkin versiyasında var idi. Sonradan isə çıxarıldı. İstənilən halda Qazaxın yeddi kəndinin qaytarılmasının ilkin versiyada olsa belə, gündəmə gətirilməsi Azərbaycanın bütün istiqamətlərdə ərazi bütövlüyünün təmin edilməsində israrlı olduğunu göstərir. Söhbət təkcə Qərb bölgəsində deyil, bütün dövlət sərhəddi boyu ərazi bütövlüyünün təmin edilməsindən gedir. Ona görə də məsələnin qısa vaxtda həllini tapacağına inanmıram. Amma sülh müqaviləsi imzalansa, qarşılıqlı olaraq sərhədlər tanınsa, şübhəsiz ki, bu, Qazaxın kəndlərinə də aid olacaq”.
T.Ağatlı məsələnin diplomatik yolla həllinə inanır:
“Bildiyiniz kimi, həmin yeddi kənddən üçü anklavdadır. Məncə, məsələ bir vaxtlar Ermənistan baş naziri Nikol Paşinyanın özünün də razı olduğu anklavların və eksklavların mübadiləsi ilə həllini tapacaq. Yəni dörd kənd qaytarılacaq, digər üçü isə Ermənistanın bizim nəzarətimizdə olan kəndləri ilə dəyişdiriləcək. Dilicanın boşaldılmasının ehtimal edilən müharibə ilə bağlı olduğu ağlabatan görünmür. Birincisi, savaş gözlənilmir. İkinci bir tərəfdən isə həmin tprpaqlar mübahisəli ərazilər deyil. Proseslər sərhədin mübahisəsiz, düz xətt üzrə çəkilməsinə doğru gedir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran XİN: Yaxın Şərq ölkələrinə müharibə elan etməmişik
17:25 16.03.2026
Gündəm
Hörmüz boğazında 5 minlik qüvvə yetərli deyil - Rasim Musabəyov
16:53 16.03.2026
Müsahibə
AYNA: "Brutto müqavilə" sisteminin bu il tətbiqi nəzərdə tutulub
16:27 16.03.2026
Gündəm
“Azərsüd” mükafat qazanıb
16:04 16.03.2026
Ölkə
Göyərçinləri yemləyən 4 yaşlı uşaq həyatını itirdi
16:02 16.03.2026
Hadisə
Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilib
15:45 16.03.2026
Mədəniyyət
ABŞ-nin şərtləri İran rejimi üçün intihar deməkdir - ŞƏRH
14:29 16.03.2026
Gündəm
Dava neft davasıdır: Yaxın Şərqdə savaşın taleyi həll olunur
13:21 16.03.2026
Aktual
Rusiyada "Telegram"ın bloklanmasına başlanılıb
13:16 16.03.2026
Dünya
Xaçmazda təqaüdçülərin kartlarını talayan şəxs tutulub
13:11 16.03.2026
Hadisə