Antalyada Yörük Türkmən festivalı:  Azərbaycan Türk Ocağı heyəti də iştirak edir - Fotolar

Antalya böyük şəhər bələdiyyə başqanı Muhittin Böcəyin və Antalya Türk Ocağı başqanı Abdullah bəy Uysalın dəvəti üzrə mayın 5-dən 8-dək davam edəcək Yörük Türkmən festivalı - Türk yürüşündə  Azərbaycan Türk Ocağı heyəti də iştirak edir.
"Sherg.az" xəbər verir ki, Azərbaycan Türk Ocağı adına qurulan cadırda  tarixi fotoşəkillər, milli mədəniyyət nümunələri və kitablar sərgilənir. 
Azərbaycan Türk Ocağının sədri, "Şərq" qəzetinin baş redaktoru, "Azərbaycan Türk Ocağı"nın başqanı, tarixçi alim Akif Aşırlı deyib ki, ayın 6-da Antalyanın mərkəzində festivalın açılış törəni kecirilib: 
"Şəhərin əsas kücələri boyu yürüş təşkil olunub. Sonra Aksu səmtində 23 ölkədən gələn türk boyları cadırlarda türk mədəniyyətinin zənginliklərini nümayiş etdiriblər.
 Antalya böyük şəhər bələdiyyə başqanı Muhittin Böcək Azərbaycan Türk Ocağı adına qurulan cadıra gəlib. Qısa, səmimi söhbət eləyib. Söhbətin məğzirı 44 günlük Qarabağ zəfəri olub.
 Hədiyyələr təqdim edilib. Gün boyu Azərbaycana maraq göstərən saysız hesabsız insanlar çadırı ziyarət ediblər. 
Tədbirdə iştirak edən millət vəkili Nizami Cəfərovun ziyarəti tamam başqa oldu. Xeyli söhbətləşdik. Azərbaycanın Türkiyədə  səfirliyinin və İstanbul konsulluğunun əməkdaşları, Türk Ocaqlarının müxtəlif bölgələrdə təmsilciləri, yazarlar, səfirliklərin nümayəndələri Azərbaycan Türk Ocağının fəaliyyətiylə tanış oldular.
 İndiyə qədər Azərbaycanı təqdim edənlərdən fərqli bir formada Azərbaycanı göstərə bildik. Fəaliyyətimizin geniş alanda təqdimi ücün hər an öz dəstəyini göstərən Antaliya Türk Ocağı başqanı, hörmətli Abdullah Uysala , Gənclik qolu başqanı Ali bəyə və dostlarına təşəkkürlərimizi bildirirəm".