"Artıq xalqlar, millətlər ayılıb, həqiqətin hansı tərəfdə olduğunu yaxşı bilirlər" - İlahiyyatçı
11:10 25.10.2020
Aktual
641
“Azərbaycan dövləti həmişə humanizm prinsiplərinə sadiq olub. Hazırda cəbhədə gedən hərbi əməliyyatlarda da bu aydın görünür. Ölkəmizdə multikulturalizm dəyərlər, tolerantlıq ənənənələri daim qorunub, saxlanılıb”.
Bu sözləri “Şərq”ə açıqlamasında ilahiyyatçı-alim Hacı Atif İsmayılov deyib. İlahiyyatçı vurğulayıb ki, digər ölkələrdən fərqli olaraq ölkəmizdə olan xalqların milli və dini birliyinin qorunması başlıca amillərdəndir:
“Bu bir həqiqətdir ki, Azərbaycanda dinlərarası, eyni zamanda din daxilində olan məzhəb çaxnaşmaları yoxdur. Təbii ki, bu da nəticə etibarilə bəzilərinin gözünün götürməməsi deməkdir. Bu gün ölkəmizdə hər kəs dinindən, irqindən asılı olmayaraq birliyini nümayiş etdirir. Ona görə də, hesab edirəm ki, yayılan hansısa şayilərə heç kəs, xüsusilə dindar kütlə inanmamalıdır. Çünki hazırda cəbhədə, eyni zamanda cəbhədən kənarda Azərbaycan xalqının içərisində olan milli birlik ümumiyyətlə, bu dinin içərisində olan vəhdətdən, həmçinin digər dinlərə qarşı münasibətdən qaynaqlanır. Həqiqətən də, ölkəmizdə uzun illər Cənab Prezident İlham Əliyevin apardığı düzgün siyasət özünü tolerantlıq siyasətin də göstərdi. Biz buna çox sevinirik. Digər ölkələrdən fərqli olaraq Azərbaycanda dinlər və məzhəblərə qarşı ayrı seçkilik yoxdur və bu söhbətlər bizdən kənardır. Əgər kimsə bu gün olmayan məsələləri qabardırsa, demək ki, onlar Azərbaycanın belə gözəl zəfər günlərini gözü götürməyənlərdir. Dövlətimizdə milli birlik, dini birlik və dinlərarası münasibət həddən artıq yüksəkdir. Hətta biz ruhani kimi deyə bilərik ki, bizim qarşılaşdığımız insanların dində apardığı mövzular bir-birinə qardaş və mehribancasına davranmaq münasibətlərini özündə əks etdirir. Artıq insanlar, xalqlar, millətlər ayılıb. Həqiqətin hansı tərəfdə olduğunu yaxşı bilirlər. Bu gün ölkəmizdə aparılan dini siyasət çox yüksək səviyyədədir və təqdirəlayiqdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya