Atəşlə oynayırlar
Turan
10:11 17.12.2020
Aktual
728
"Türkiyəni nəinki öz yolundan döndərmək, hətta bir qədər yubatmaq belə imkansızdır"
“ABŞ-ın öz müttəfiqi Türkiyəyə sanksiya tətbiq etməsi normal hal sayıla bilməz. Bu addım əməkdaşlıq ruhuna ziddir”. Bu barədə “Şərq”ə AMİP Siyasi Şurasının üzvü, politoloq Əli Orucov deyib. Partiya funksioneri bildirib ki, uzun müddətdir Vaşinqton Türkiyəni sanksiyalarla təhdid edir, təzyiqlər göstərirdi. Ankara hökumətinin geri addım atmadığını görən Ağ Ev real addım atmağı düşünür: “Dövlət katibi M.Pompeo sanksiyaları Türkiyəyə qarşı qərəzli addım kimi dəyərləndirməsə də, bu qərar həm ikili əməkdaşlığa, həm də NATO çərçivəsində əlaqələrə zərbə vuracaq. İstənilən sanksiyalar mənfi təsirə malikdir.
Hamı bilir ki, məsələ heç də Rusiyadan alınan “S 400” raketləri ilə bağlı deyil. Xatırlayırsızsa, amerikalı keşişin həbsi zamanı da qardaş ölkə təhdid olunur, sanksiyalarla hədələnirdi. Qərb ölkələrinin Türkiyəyə qarşı qərəzli mövqe sərgiləməsi üçün bəhanə tapmaq çox asandır. Ağ Evin diktəsi ilə hərəkət edən sözəbaxan Türkiyədən əsər-əlamət qalmayıb.
Türkiyə qlobal gücə çevrilib və qardaş ölkə ilə hesablaşmadan hansısa regional problemin həllinə nail olmaq mümkünsüzdür. Vaşinqtonun məqsədi isə Ankaranı yenidən öz orbitinə qaytarmaqdır. Lakin unudurlar ki, indiki mərhələdə Türkiyəni nəinki öz yolundan döndərmək, hətta bir qədər yubatmaq belə imkansızdır”.
Ə.Orucov vurğulayıb ki, Amerikanı narahat edən digər məqam Türkiyə-Rusiya münasibətləridir:
“Vaşinqton “S 400” məsələsini ortaya atmaqla iki ölkə arasındakı əlaqələri nisbətən zəiflətməyə çalışır. Hesab edirəm ki, ABŞ və Türkiyə əlaqələri bu formada davam edəcək. Prezident Co Bayden anti-Türkiyə siyasəti ilə tanınır. Hələ seçkidən öncə vəd etmişdi ki, Prezident Rəcəb Tayyib Ərdoğanın qarşısını ancaq o kəsə bilər. Yəqin ki, zaman-zaman müəyyən təzyiqlərin, sanksiyaların şahidi olacağıq. Zənnimcə, qardaş Türkiyə də bunu anlayır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya