Azərbaycan Ordusu Gövhər Ağa məscidini vurmayıb
07:38 04.11.2020
Aktual
757
Akif Nağı: "Yayılan məlumat Ermənistanın növbəti təxribatıdır"
"Ermənistan Şuşa şəhərindəki Gövhər Ağa məscidinin, guya, Azərbaycan Silahlı Qüvvələri tərəfindən vurulmasını iddia edir". Bunu dünən keçirilən mətbuat konfransında Prezidentin köməkçisi Hikmət Hacıyev deyib.
Məsələ ilə bağlı fikirlərini "Şərq"ə bölüşən Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı bildirib ki, Ermənistan bununla növbəti yalan məlumat yaymağa çalışır: “Gövhər Ağa məscidi Azərbaycanın tarixi abidəsidir və bizim üçün əhəmiyyətlidir. Yayılan məlumat Ermənistanın növbəti təxribatıdır.
Döyüş meydanında ağır məğlubiyyətə uğrayan Ermənistan Azərbaycan Ordusuna necə müqavimət göstərəcəyini bilmir. Onların hazırkı məqsədi Azərbaycanı beynəlxalq təşkilatlar qarşısında ittiham etməkdir.
Onlar çalışırlar ki, beynəlxalq rəyi ölkəmizə qarşı çevirsinlər və onlardan dəstək alsınlar. Bunun üçün isə ermənilər heç bir fakt tapa bilmirlər. Çünki Azərbaycan Ordusu bütün hərb qaydalarına uyğun olaraq üzbəüz döyüşür, yalnız hərbi hədəfləri vurur.
Bu da Azərbaycan xalqının xarakterindən irəli gəlir. Ermənilər indiyə qədər ölkəmizi ittiham etmək üçün bir sübut belə tapa bilməyiblər. Bu səbəbdən də bu cür uydurma, mənasız şeyləri ortaya atırlar".
Akif Nağı bildirib ki, bu gün dünya da ermənilərə inanmır, dediklərinə gülürlər. Bütün atdıqları addımlar onların çox çıxılmaz vəziyyətdə olduğunu bir daha sübut edir:
"Amma görünən odur ki, bunlar hələ də özlərinə gəlməyiblər. Düzgün qərar qəbul edə bilmirlər. Ona görə də bu ağılsız, mənasız arqumentlərlə çıxış edirlər.
Məscidlərin Azərbaycan Ordusu tərəfindən guya hədəfə alınması məsələsinə gəlincə, burada bir sual yaranır ordumuz məscidləri necə hədəfə ala bilər? Onlar bütün məscidlərimizi məhv ediblər.
İçərisində donuz saxlayıblar. Bütün dünya o kadrları görüb və lakin susur. Məscidlərimizi başdan-başa xarabalığa çeviriblər. Onlar çox yaxşı bilirlər ki, Azərbaycan Ordusu heç vaxt məscidə atəş açmaz.
Sadəcə olaraq, ermənilərin məscidlə bağlı cinayətlərinin sayı-hesabı yoxdur. Məkrli düşmənin əsas məqsədi bu cinayətləri ört basdır etmək və məsuliyyəti bizim üzərimizə atmaqdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya