
“Azərbaycan sərhədi həmişə olduğu kimi etibarlı əllərdədir”
Yusif Nəzərli
13:47 22.07.2022
Aktual
750
Dövlət Sərhəd Xidmətinin əməliyyat-axtarış orqanları tərəfindən keçirilmiş uğurlu əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan cinayətkar dəstənin üzvləri saxlanılıblar.DSX-dən verilən xəbərə görə, iyul ayının 21-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin Cəbrayıl rayonunun Mehdili kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində sərhədboyu zolağa baxış zamanı naməlum şəxslər tərəfindən ərazidə gizlədilmiş dörd bağlama aşkar olunub.
Hadisə ilə bağlı dörd nəfər sərhəd naryadları tərəfindən saxlanılıb. Tutulmuş şəxslərin şəxsiyyəti araşdırılıb, işğaldan azad olunmuş sərhədyanı ərazilərin minalardan təmizlənilməsi tapşırığını yerinə yetirən Dövlət Sərhəd Xidmətinin müddətdən artıq hərbi qulluqçuları olmaları müəyyən edilib. Cinayət hadisəsinin digər iştirakçılarının müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi istiqamətində Azərbaycan Respublikasının Baş Prokurorluğu və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

DSX hərbçilərinin əməlini “Sherg.az”a şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov bildirib ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçiləri hər zaman böyük peşəkarlıqla seçiliblər:
“Müstəqillik dövründə sərhədçilərimizin bütün istiqamətlərdə apardığı xidmətin nəticəsində Azərbaycan sərhədlərində layıqli və bütün tələblərə cavab verən sərhəd xidməti təşkil olunub. Bu gün Azərbaycan sərhədləri etibarlı əllərdədir. Ona görə ki, bu sərhədləri professional, yüksək peşəkarlığa malik olan, işini bilən və vətənpərvər Azərbaycan oğulları qoruyur. Sərhədçilərimiz qısa zamanda İranla sərhədin bərpa edilməsi və Zəngilan rayonunun azad edilməsində xüsusi məharət göstərərək öz döyüşkənliklərini göstərdilər. Onlar Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən yüksək mükafatlara layiq görüldülər.
Azərbaycan sərhədçiləri beynəxalq tədbirlərə qatılaraq öz peşəkarlıqları ilə digər dövlətlərin də hörmətlərini qazanıblar. Onun nəticəsidir ki, sərhədçilərimiz Cəbrayılla İran sərhədində narkotiklə mübarizə məsələlərində cinayət qrupunu yerindəcə yaxalaya biliblər. Azərbaycana narkotik vasitələrin gətirilməsinin qarşısını DSX-nin hərbçiləri böyük məharət göstərərək qarşını alıblar. Mütamadi olaraq eşidirik ki, İran və Azərbaycan sərhədində azərbaycanlı hərbçilər hətta qanı bahasına ölkəyə gətirilən narkotik vasitələrin qarşının alınmasında daim peşəkarlıq sərgiləyirlər”.
Ş.Ramaldanov qeyd edib ki, bu hadisə hər zaman hörmət qazanmış böyük bir heyətin müəyyən bir qisim nümayəndələri tərəfindən törədildiyi üçün insan kədərlənir:
“Ona görə ki, biz sərhədçi dedikdə sərhədlərimizi, onların toxunulmamazlığını və onları qoruyan etibarlı əlləri nəzərdə tuturuq. Təbii ki, onların üzvlərinin bu cinayətkar dəstələrinin içində olması bizim üçün çətindir. Lakin cinayətkarın nə vəzifəsi, nə rütbəsi, nə milləti, nə də məsuliyyəti olur. Cinayətkar harda olursa, olsun cinayətkardır. Yenə də DSX-nin apardığı peşəkar tədbirlər nəticəsində bu cinayətkar qrup aşkar edilib. Həmin ərazi hələ minalardan tam təmizlənməyib. Buna baxmayaraq, hərbçilərimiz bu cinayətindən də üstünü açıblar.
Düşünürəm ki, DSX-nin rəhbərliyi bütün şəriti incələyib, lazım olan qərarları qəbul edirlər. Hesab edirəm ki, bundan sonra da DSX-nin rəhbərliyi sərhədimizdə nümunəvi və etibarlı xidməti aparmağa davam edəcək. Belə cinayətkar qruplarına qarşı kimliyindən asılı olmayaraq, lazımı tədbirlər görüləcək. Azərbaycan sərhədi həmişə olduğu kimi etibarlı əllərdədir. O əllər hər zaman bizi qoruyub, qoruyur və bundan sonra da qoruyacaqdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiya Ermənistana yeni səfir təyin etdi
14:24 28.10.2026
Gündəm
Putin-Tramp-Cinpin görüşü hələ təsdiqlənməyib
14:12 28.10.2026
Gündəm
Paşinyan İranla sərhəd məsələsi üzrə işçi qrupu yaradıb
13:36 28.10.2026
Gündəm
Zelenski: Cinpin, Putin və Tramp dünyanı bölüşdürə bilməz
12:58 28.10.2026
Dünya
Fərman Qurbanlıya nazirlikdə yeni vəzifə verildi
12:55 28.10.2026
Cəmiyyət
DYP elektroskuter istifadəçilərinə müraciət edib
12:26 28.10.2026
Sosial
Yarım santım qocalmışam!
12:17 28.10.2026
Sağlamlıq
Zelenski Kiyevin qışa hazırlığını yetərsiz hesab edir
11:45 28.10.2026
Dünya
Bakıda faciə: 7-ci sinif şagirdi pəncərədən yıxılıb öldü
11:35 28.10.2026
Hadisə
“Maraqlar toqquşması haqqında” qanun layihəsi hazırlanıb
11:29 28.10.2026
Gündəm
Azərbaycan lideri Çex Respublikasının Prezidentini təbrik edib
11:10 28.10.2026
Gündəm
Türkiyə bayrağını və Atatürkü təhqir edən müəllim saxlanılıb
10:25 28.10.2026
Hadisə
Rusiya bir gecədə 531 Ukrayna PUA-sını vurduğunu açıqlayıb
09:57 28.10.2026
Dünya
Paşinyanın bəyanatı hakim partiyada narahatlıq yaradıb
09:46 28.10.2026
Gündəm