Rusiya bir gecədə 531 Ukrayna PUA-sını vurduğunu açıqlayıb

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ölkənin hava hücumundan müdafiə qüvvələri oktyabrın 27-dən 28-nə keçən gecə Rusiyanın müxtəlif regionları üzərində 531 Ukrayna pilotsuz uçuş aparatını (PUA) məhv edib.

Sherg.az xəbər verir ki, nazirlik hücumun kütləvi xarakter daşıdığını bildirib. Lakin açıqlamada dronların hansı regionlar üzərində vurulduğu, mümkün dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Qeyd edək ki, Rusiya Müdafiə Nazirliyi oktyabrın 27-də sutka ərzində 645 Ukrayna PUA-sının vurulduğunu da açıqlamışdı.