Bakıda bir gündə 38 oğurluq faktı
13:54 09.02.2020
Aktual
469
Son sutka ərzində Bakı şəhərində Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən 38 şəxsin əmlakının oğurlanması faktı qeydə alınıb. Bu barədə Oxu.az-a hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən məlumat verilib.
Sabunçu rayonunun Yeni Ramana qəsəbəsində naməlum şəxslər 1986-cı il təvəllüdlü Zinharə Qocayevanın evinə pəncərədən daxil olaraq, onun 8200 manat pulunu oğurlayıblar. Oğurluq hadisəsini Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsi araşdırır.
Xətai rayonunda 1992-ci il təvəllüdlü Ləman Seyidzadə oğurluq hadisəsinin qurbanı olub. L.Seyidzadə Xətai Rayon Polis İdarəsinin 37-ci Polis şöbəsinə şikayət ərizəsi ilə müraciət edərək, mənzilindən 3500 ABŞ dolları dəyərində (5950 manat) üç ədəd əl saatının oğurlandığı haqqında məlumat verib.
Suraxanı rayonu Yeni Ramana qəsəbəsində 1982-ci il təvəllüdlü Amil Məmmədova məxsus hindən 12 ədəd toyuq oğurlanıb.
Binəqədi qəsəbə sakininin yeddi ördəyinin oğurlanması faktı isə təsdiqini tapmayıb.
Novxanı bağ massivi sakini 1964-cü il təvəllüdlü Vaqif Məmmədov 43-cü polis bölməsinə məlumat verib ki, fevralın 5-də onun yeddi ədəd ördəyini oğurlayıblar. Fevralın 8-də ördəklər sahibinin evinə qayıdıb.
Qeyd edək ki, son 24 saat ərzində DİN-in paytaxtda xidmət aparan əməkdaşları tərəfindən 11 şəxsi əmlak oğurluğunun üstü açılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ucarda maşın lövhəyə çırpılıb, xəsarət alan var - FOTO
18:35 04.11.2026
Hadisə
Kallum “James Bond” roluna seçildi!
17:40 04.11.2026
Şou
Azərbaycanda bu internetin aylığı 2 min manat olacaq
17:32 04.11.2026
Texnologiya
"Fənərbağça"nın daha bir əfsanəsi kluba qayıdır
17:10 04.11.2026
Futbol
Xırdalanda 12 yaşlı qızın evdən getməsinin səbəbi bilindi
17:01 04.11.2026
Hadisə
Azərbaycan ordusunun həbsdə olan zabitlərinin məhkəməsi başladı
16:40 04.11.2026
Hadisə
ABŞ-ın ilk müsəlman senatoru ermənipərəst çıxdı
16:33 04.11.2026
Dünya
Məhəmməd bin Salman İlham Əliyevə təbrik məktubu göndərib
16:26 04.11.2026
İqtisadiyyat
Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevi təbrik edib
16:06 04.11.2026
Siyasət
Kamran İmanov “Şərəf” ordeni ilə təltif edilib
15:48 04.11.2026
Rəsmi
Gələn il pensiyalar neçə faiz artacaq?
14:56 04.11.2026
İqtisadiyyat