Bayramovun ABŞ səfəri nə vəd edir ?- “Danışıqlar işğalçının əleyhinədir”
Banuçiçək Kalbalıyeva
11:27 22.10.2020
Aktual
885
“Həm də heç kim bizə “get, müharibə apar” deməyəcək. Bunu gözləmək lazım deyil”
“Ən azından ona görə ki, xoş niyyətimizə ziddir. Hər halda görüşlərlə bağlı guya təzyiq məzmunlu şərhlər vermək xeyrimizə deyil”
Sabah Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın dövlət katibi Mayk Pompeo görüşəcək. Danışıqlar Vaşinqtonda keçiriləcək. Həmçinin ATƏT-in Minsk qrupunun həmsədrləri ilə də görüş nəzərdə tutulur. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən məlumat verilib. Xatırladaq ki, Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirləri dünən Moskvada artıq üçüncü dəfə bir araya gəlmişdilər. Yəni vasitəçilər sanki birdən-birə qış yuxusundan oyanıblar.
Sabahkı görüş barədə “Sherg.az”a fikirlərini bildirən sabiq xarişi işlər naziri Tofiq Zülfüqarovun sözlərinə görə, biz bu cür təmaslara mümkün qədər soyuqqanlı yanaşmalıyıq:
“Danışıqlara diplomatik işin bir hissəsi kimi baxmaq lazımdır. Həmsədrlərin fəallığı göz önündədir. Azərbaycan həmişə danışıqlara hazırdır. Düşünürəm, Ceyhun Bayramov fürsətdən istifadə edib Azərbaycanın mövqeyini və bölgədəki vəziyyəti dövlət katibinə çatdıracaq.
Onu da deyim ki, Ermənistan siyasi “ənənə”sindən, yəni populist çıxışlarından əl çəkmir.
Bu görüşdən sonra da hazırkı mövqeyinə zidd, ciddi bir bəyanat verəcəyinə inanmıram. Bu çağırışları normal qarşılamalıyıq. Təzyiq deyil, sadəcə sülhə çağırışdır. Əslində Azərbaycanın istədiyi də sülh, atəşkəs və Dağlıq Qarabağın qaytarılmasıdır. Odur ki, hazırda baş tutan danışıqlar daha çox işğalçının əleyhinədir.
Həm də heç kim bizə “get, müharibə apar” deməyəcək. Bunu gözləmək lazım deyil. Ən azından ona görə ki, xoş niyyətimizə ziddir. Hər halda görüşlərlə bağlı guya təzyiq məzmunlu şərhlər vermək xeyrimizə deyil”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Billi Ayliş sevgilisi ilə
04:14 02.11.2026
Şou
Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi
03:38 02.11.2026
Maraqlı
İsraildə seçkilərə mümkün xarici müdaxilə araşdırılır
03:03 02.11.2026
Aktual
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya