Cavid İsmayıl: "Bayatıda Azərbaycan xalqının ikiyə parçalanmasına işarə vurulur, bundan söhbət gedir"
Turan
11:50 13.12.2020
Aktual
1150
"Guya Ərdoğan bizim unudulmuş bayatımızı səsləndirib ki? Axı bu bayatı demək olar ki, hər gün Azərbaycanın radio və televiziya kanallarından səsləndirilir".
Bu sözləri tanınmış araşdırmaçı-jurnalist Cavid İsmayıl Feysbuk səhifəsində yazıb.
C.İsmayıl qeyd edib ki, bu bayatıda Azərbaycan xalqının ikiyə parçalanmasına işarə vurulur, bundan söhbət gedir:
"Yoxsa bu şeirin bizim 100 ildən artıqdır oxunan xalq mahnımız olduğunu Zərifiyə deyən olmayıb? “Şeir Arazın İrandan ayrılmış şimal hissəsinə aiddir” cümləsi ilə Zərifi diplomatiyada nə qədər kobud olduğunu ortaya qoyub və Azərbaycan Respublikasında qarşı ərazi iddiası irəli sürüb əslində. Bəli, Azərbaycan əsrlər boyu qonşuluğumuzdakı imperiyaların maraqlarının toqquşduğu ərazi olub, vətənimizi öz aralarında dədə malı kimi iki yerə bölüblər, torpaqlarımızda qondarma dövlətlər yaradıblar. Amma nə parçalandığımızı unutdura, nə də Novruz, Aşura kimi adət-ənənələrimizi əlimizdən ala biliblər. Bütün bunlara rəğmən, biz XXI əsrdə yaşadığımızı və bu əsrdə sərhədlərin zorla dəyişdirilməsinin məqbul olmadığını qəbul edirik, başqa dövlətlərə qarşı ərazi iddiası irəli sürmürük, hamı ilə normal və mehriban qonşuluq münasibətində yaşamaq istəyirik".
Cavid İsmayıl bildirib ki, kimsə "zərifliyini" unudub kobudluq edirsə, biz də eyni kobudluqla cavab verə bilərik:
"Məsələn, soruşa bilərik ki, 27 ildir İranla sərhəddəki rayonlarımız işğal altında olduğu müddətdə rəsmi Tehran niyə ora bayraq sancmadı, Azərbaycan öz ərazilərini işğaldan azad edən kimi Xudafərin körpüsünə bayraq sancmaq yadına düşdü? Niyə Vətən Müharibəmiz zamanı xristian Gürcüstan öz ərazisindən Ermənistana göndərilən silah və texnikanı buraxmadı, amma müsəlman İran buraxdı? Niyə İranda yaşayan ermənilər ana dilində təhsil almaq hüquqlarına malik olduğu halda, Azərbaycan türkləri bu hüquqdan məhrum olunub? Çox kobud səslənmədi ki, cənab Zərifi?".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya