Həm də cənub torpaqlarımızın işğaldan təmizlənməsi sayəsində Azərbaycanla İran arasındakı 132 km-lik sərhəd xətti yenidən dövlətimizin nəzarətinə keçdi. Bununla həm də İrana doğru işğal edilmiş ərazilərdən uzanan “qara əllər” və “qara yollar” kəsildi. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Azərbaycan və İran arasında dövlət sərhədinin tam nəzarətə götürülməsi münasibətilə Azərbaycanla yanaşı, İran xalqını da təbrik etmişdi. Siyasi şərhçirlər bundan sonra İranla münasibətlərdə yeni mərhələnin başlanacağını istisna etmirlər. İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi də deyib ki, dost və qardaş Azərbaycanla daha sıx və isti münasibətlər qurmaq İranın xarici siyasətinin əsas prinsiplərindən biridir və prezident Ruhani bunu daim vurğulayıb. Səfirin sözlərinə görə, bir çox ortaq tarixi, mədəni, coğrafi, dil və s. cəhətləri nəzərə alsaq, İranla Azərbaycan arasında ikitərəfli münasibətlərin gələcək inkişafı daha isti və səmimi olacaq.
Ceyhun Bayramov Tehrana gedir
Turan
08:57 08.12.2020
Aktual
867
Azərbaycan qonşu dövlətlərlə normal münasibətlərin formalaşmasının tərəfdarıdır
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov dekabrın 9-da İranın paytaxtı Tehrana səfər edəcək. Bunu İranın Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Xətibzadə mətbuat konfransında deyib. Xətibzadənin sözlərinə görə, Azərbaycan xarici işlər naziri səfər çərçivəsində İran Prezidenti Həsən Ruhani, parlamentin sədri Məhəmməd Baqir Qalibaf və Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani ilə görüşəcək. Cənub qonşumuzun mövqeyi 44 günlük savaşın ilk günlərində bizi qane etməsə də, sonrakı günlərdə rəsmi Tehran ard-arda bəyanatlar verərək qonşuluq prinsiplərinə uyğun davranmağı bacardı. İranın ali rəhbəri başda olmaqla digər rəsmi şəxslər Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini, Ordumuzun öz ərazimizdə anti-terror əməliyyatı apardığını etiraf etdilər.
Həm də cənub torpaqlarımızın işğaldan təmizlənməsi sayəsində Azərbaycanla İran arasındakı 132 km-lik sərhəd xətti yenidən dövlətimizin nəzarətinə keçdi. Bununla həm də İrana doğru işğal edilmiş ərazilərdən uzanan “qara əllər” və “qara yollar” kəsildi. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Azərbaycan və İran arasında dövlət sərhədinin tam nəzarətə götürülməsi münasibətilə Azərbaycanla yanaşı, İran xalqını da təbrik etmişdi. Siyasi şərhçirlər bundan sonra İranla münasibətlərdə yeni mərhələnin başlanacağını istisna etmirlər. İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Seyid Abbas Musəvi də deyib ki, dost və qardaş Azərbaycanla daha sıx və isti münasibətlər qurmaq İranın xarici siyasətinin əsas prinsiplərindən biridir və prezident Ruhani bunu daim vurğulayıb. Səfirin sözlərinə görə, bir çox ortaq tarixi, mədəni, coğrafi, dil və s. cəhətləri nəzərə alsaq, İranla Azərbaycan arasında ikitərəfli münasibətlərin gələcək inkişafı daha isti və səmimi olacaq.
Millət vəkili, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə “Şərq”ə açıqlamasında bildirib ki, Azərbaycan bütün ölkələrlə normal münasibət saxlamağın tərəfdarıdır. Yetər ki, həmin dövlətlər də ikitərəfli əlaqələrdə maraqlı və səmimi olsunlar. Deputatın sözlərinə görə, Azərbaycan xarici siyasətini ikili əməkdaşlıq və tərəfdaşlıq üzərində qurur:
“Azərbaycan qonşu dövlətlərlə normal münasibətlərin formalaşmasının tərəfdarıdır. Yaxın əlaqələrimizin olduğu qonşu ölkələrdən biri də İrandır. Azərbaycan qonşu İranla bir neçə sahədə sıx əməkdaşlıq edir.
Cənub qonşumuzla nəqliyyat və enerji sahəsində çoxsaylı birgə layihələr icra olunmaqdadır. Xüsusən, torpaqlarımız işğaldan azad olunnandan və İran-Azərbaycan sərhədləri tam bərpa ediləndən sonra ikitərəfli əməkdaşlığımız daha da genişlənəcək.
Rəsmi Tehran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və əməkdaşlığı inkişaf etdirmək niyyətində olduğunu hər dəfə bəyan edir. Əlaqələrin yüksək olması hər iki tərəf üçün faydalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə
"Şərq" təkcə qəzet deyil, həm də bir ailədir...
18:28 01.11.2026
Media
Türkiyədə 90-a yaxın qanunsuz miqrant saxlanıldı
18:10 01.11.2026
Region
Zərdüşt Əlizadənin bacısı vəfat etdi
17:53 01.11.2026
Hadisə
"Neftçi" "Şamaxı"nı məğlub etdi, liderliyə yüksəldi
16:58 01.11.2026
Futbol
İranda COVID-19-a yoluxma artır
16:42 01.11.2026
Sağlamlıq