Çin konsulu: Yarasa yemirik!

Çin mətbəxində və süfrəsində yarasa qətiyyən yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri Çinin İstanbuldakı Baş konsulu Cui Vey koronavirusun yarasa şorbasından yayılması ilə bağlı yayılan iddiaları şərh edərkən deyib.

“Virusun Çinin Uhan şəhərində dəniz məhsulları satılan bazarda meydana gəldiyi aşkar edilmişdi. Həmin virusun, yəni koronavirusun genlərini müəyyənləşdi və Dünya Səhiyyə Təşkilatına təqdim edildi. Daha sonra bazarda satılan dəniz məhsulları ilə əlaqəsinin olmadığı bəlli oldu. Satışda qeyri-qanuni satılan yabanı heyvanlarla əlaqəli olduğu güman edilir. Lakin konkret hansı heyvan olduğu müəyyən edilməyib”, - deyə konsul bildirib.

O, yarasa şorbası ilə bağlı yayılan videonun 2016-cı ildə Sakit okeanın cənub sahillərində lentə alındığını bildirib.