"Dağlıq Qarabağdakı qondarma rejim daha mövcud deyil” – SÜQUTA UĞRADI !
Banuçiçək Kalbalıyeva
10:36 05.11.2020
Aktual
936
“Çünki ərazi əldən çıxdı, əhalisi dağıldı və “idarəetmə aparatı” iflic vəziyyətə düşdü”
“Hər halda ermənilərin Qarabağla bağlı yüz illik dövlət siyasətləri süquta uğrayıb. Bu, müharibənin ən gözəl cəhətidir”
Azərbaycan ordusunun bir aydır başlatdığı əks-hücum əməliyyatları düşmənin uzun illərdir davam etdirdiyi siyasəti iflasa uğratdı. Türklər demiş, dünyanın neçə bucaq olduğunu başa düşdülər.
Siyasi analitiklərin, hərbi ekspertlərin fikrincə, bütöv Dağlıq Qarabağa qovuşacağımız gün çox yaxındadır. Hər an, hər dəqiqə bizi Şuşaya, Xankəndiyə yaxınlaşdırır, düşməni isə fəlakətə sürükləyir. Qondarma Dağlıq Qarabağ rejimində onlarca yüksək vəzifəli şəxsin işdən azad edilməsi, qondarma administrasiyanın İrəvana köçürülməsi daxili çaxnaşmadan xəbər verir.
Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəisi, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli hərbi əməliyyatların hazırkı durumunu “Sherg.az”a təhlil edib: “Dövlət olmaqdan ötrü müxtəlif komponentlər lazımdır. Qondarma respublikada bunlar var idi. Xarici əlaqələr də qurulmuşdu. Amma yeganə çatışmayan buranın müstəqilliyinin tanınmaması idi.
Qondarma Dağlıq Qarabağ Respublikası indiyədək de-fakto tanınırdı. Amma indi faktiki olaraq mövcud deyil. Çünki ərazi əldən çıxdı, əhalisi dağıldı və “idarəetmə aparatı” iflic vəziyyətə düşdü”.
Ə.Əlibəyli, həmçinin hazırda ordumuzun bu istiqamətdə olduğu Laçın dəhlizinin əhəmiyyətindən də söz açıb:
“Ümumiyyətlə, genişmiqyaslı hərbi əməliyyatların taleyini bir neçə mərhələyə bölmək olar. Biz ilk növbədə Füzuli-Cəbrayıl istiqamətinə nəzarət etməklə növbəti ərazilərə yol açdıq. Ağbənd qəsəbəsinin ələ keçirilməsi nəticəsində İranla 132 kilometrlik sərhəd bərpa edildi.
Üçüncü mərhələ Laçın dəhlizi ilə bağlıdır. Laçın dəhlizi indi ya ordumuzun əlindədir, ya da biz ora nəzarət edirik. Hər halda hər üç yola nəzarət artıq bizdədir. Bununla əməliyyatların formatı dəyişdi. İndi döyüş meydanındakılar ayrı-ayrı iki ordu deyil.
Düşmənin vahid ordusu qalmadığına görə, biz sadəcə anti-terror əməliyyatı həyata keçiririk. Bu, Türkiyənin PKK-çılarla savaşını xatırladır. Sonrakı mərhələ Şuşanın, Xankəndinin “təmizlənməsidir”.
Ağdərə və Kəlbəcər istiqamətindəki döyüşlərlə isə savaş yekunlaşacaq. Hər halda ermənilərin Qarabağla bağlı yüz illik dövlət siyasətləri süquta uğrayıb. Bu, müharibənin ən gözəl cəhətidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə