Diaqnostik testlər Azərbaycana gətirilib: Koronavirus bəlli olacaq

Testlər virusa yoluxan şəxslərin hospitalizasiyası üçün ayrılan xəstəxanalara paylanılacaq


 Yeni "2019-nCoV" koronavirus epidemiyasının diaqnostik testləri Azərbaycana gətirilib.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatından Sputnik Azərbaycan-a məlumat verilib. Bu testlərin ölkəyə gətirilməsi işini Ümumdünya Səhiyyə Təşkilatı təşkil edib.

Qeyd edək ki, həmin testlər virusa yoluxan şəxslərin hospitalizasiyası üçün ayrılan xəstəxanalara paylanılacaq.