Dövlət başçısı “Novus Plastica” MMC-nin müəssisəsinin açılışında iştirak edib - YENİLƏNİB
Dövlət başçısı “Novus Plastica” MMC-nin müəssisəsinin açılışında iştirak edib - YENİLƏNİB
Yusif Nəzərli
11:28 23.10.2023
Aktual
433
Sumqayıt Kimya Sənaye Parkının rezidentlərindən biri də “Novus Plastica” Məhdud Məsuliyyətli Cəmiyyətdir. Prezident İlham Əliyev “Novus Plastica” MMC-nin Polimer qatqıları istehsalı müəssisəsinin açılışını edib.
APA-nın xəbərinə görə, bildirilib ki, “Novus Plastica” MMC-yə 2020-ci ilin avqustunda Sumqayıt Kimya Sənaye Parkının rezidenti statusu verilib.
Sənaye parkının 3,5 hektar ərazisində inşa edilmiş müəssisədə iki növ məhsulun – polietilen borular üçün qara karbon konsentrat qatqısının və sənaye sahəsində qablaşdırmada istifadə edilən polietilen örtüklərin istehsalı həyata keçirilir. İtaliyanın qabaqcıl texnologiyalarının tətbiqi ilə istehsal olunan məhsulların daxili bazarda satışı ilə yanaşı, Türkiyəyə, MDB ölkələrinə ixracı da planlaşdırılır. İnvestisiya kapitalı 12,1 milyon manatdan çox olan müəssisədə 50-dək insan daimi işlə təmin ediləcək.
Qeyd edək ki, “Novus Plastica” MMC tərəfindən “SOCAR Polymer” MMC-nin və “Azərikimya” İstehsalat Birliyinin məhsullarından xammal kimi istifadə olunacaq.
Dövlət başçısı müəssisəni işə salıb.
***
12:19
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 23-də Sumqayıtda olub.
APA xəbər verir ki, dövlət başçısı “Novus Plastica” MMC-nin Polimer qatqıları istehsalı müəssisəsinin açılışında iştirak edib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Husilər Yəməndə hökumət qüvvələrinə dron zərbəsi endirib
16:43 13.08.2026
Dünya
Xəzər dənizi geri çəkilir - Problemlər getdikcə artır
15:56 13.08.2026
Ekologiya
Rusiyanın Krımdakı hərbi obyektləri məhv edildi
15:04 13.08.2026
Dünya
Kobaxidze: Rusiya ilə imzaladığımız saziş Gürcüstanı xilas etdi
14:43 13.08.2026
Gündəm
Narahatlığı azaltmağın 6 təbii yolu
14:20 13.08.2026
Sağlamlıq
Orta ixtisaslı peşələrdə gənclər üçün iş yerləri azalır
13:58 13.08.2026
Aktual
Saakaşvili: Gürcüstana qarşı çox böyük xəyanət olacaq
13:46 13.08.2026
Gündəm
Abbas Əraqçi: ABŞ Hörmüz və İranla bağlı böyük səhvə yol verdi
13:19 13.08.2026
Gündəm
Ukrayna XİN Lukaşenko ilə görüşü istisna etmir
13:16 13.08.2026
Dünya
Armen Qriqoryan Paşinyanın iş təklifindən imtina edib
13:13 13.08.2026
Gündəm