Əgər Xankəndində xarici jurnalistlər varsa, qanunu pozurlar
07:08 07.11.2020
Aktual
722
Ermənilər boş yerdən fırtına qoparmaq istəyirlər, ancaq xeyri yoxdur, qanun bizim tərəfimizdədir"
“Sərhədsiz reportyorlar” təşkilatının 80 nəfər yerli və xarici jurnalistin Xankəndindən təhlükəsiz çıxa bilməməsi ilə bağlı açıqlaması ilə əlaqədar bildiririk ki, Laçın dəhlizi vasitəsilə Xankəndi ilə Ermənistan arasında yolu bağlayan məhz Ermənistandır. Dünən Ermənistan tərəfi açıqlama verərək yolu bağladığını bildirmişdi”. Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev deyib. Hacıyev bildirib ki, ümumiyyətlə, Xankəndindən Ermənistana iki yol var: “Biri Azərbaycanın işğal olunmuş Kəlbəcər rayonu ərazisindən keçərək Ermənistanın Vardenis rayonuna doğru gedir. Digər yol isə Laçın dəhlizi vasitəsi ilədir. Bu günə olan məlumata görə, hər iki yol Ermənistan silahlı qüvvələrinin nəzarətindədir”.
Siyasi-şərhçi Azər Həsrət "Şərq"ə açıqlamasında bildirib ki, ermənilərin dediyi kimi 80 nəfər jurnalistlərin hamısını media nümayəndəsi hesab etmək olmaz. O bildirib ki, ermənilər jurnalist deyəndə, əsasən Ermənistanın jurnalistlərini, blogerlərini və müxtəlif media fəallarını nəzərdə tuturlar:
"80 nəfərlik jurnalistin hamısı xarici media nümayəndəsi deyil. Onlar arasında əgər ermənilərin də dediyi kimi, xarici jurnalist varsa, o zaman onlar normal jurnalistlər deyillər. Sadəcə olaraq onlar ya blogerlərdir, yaxud da ki, erməni təbliğat maşınına satılmış dırnaqarası jurnalistlərdir. Əminəm ki, axtarsaq, onların içərisindən 3-4 jurnalist ancaq tapmaq olar. Buna görə də narahatlıq baxımından heç bir ciddi əsas yoxdur. Digər tərəfdən Prezidentin köməkçisi Hikmət Hacıyevin də dediyi kimi, Xankəndindən Ermənistana iki yol var. Onların heç birinə Azərbaycan dövləti nəzarət eləmir. Bu o deməkdir ki, ermənilər buyursunlar həmin dırnaqarası jurnalistləri oradan uzaqlaşdırsınlar".
Ekspert diqqətə çatdırıb ki, xarici jurnalistlərin Azərbaycan dövlətinin icazəsi olmadan Dağlıq Qarabağa getməsi birbaşa qanun pozuntusudur:
"Ölkəmizdə Dağlıq Qarabağ ərazisinə gedən jurnalistlər barədə heç bir məlumat yoxdur. Bizim Xarici İşlər Nazirliyində ora kimlərinsə müraciət etməsi və getməsi barədə məlumat yoxdursa, demək orada jurnalistlər yoxdur.
Əgər varsa, o zaman onlar qanun pozurlar. Qanunu pozanlar da cavab verməlidirlər. Bilməlidirlər ki, başlarına nəysə gələcəksə, məsuliyyəti Azərbaycan dövləti daşımır və daşımamalıdır.
Ermənilər sadəcə olaraq, fürsətdən yararlanıb dünya mətbuatının jurnalistlə bağlı həssaslığından istifadə edərək fırtına yaratmaq istəyirlər. Lakin bu dəfə bu alınan deyil. Ona görə ki, qanun bizim tərifimizdədir. Şərait və şərtlərdə bizim tərəfimizdədir.
Üstəlik də Azərbaycan Ordusu hazırda Hikmət Hacıyevin də dediyi kimi, Laçın dəhlizinə, şimalda da Kəlbəcərdən keçən yola nəzarət eləmir. Yəni, o yollara nəzarəti işğalçı Ermənistan edir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Göygöldə bələdiyyənin mühasibi iş otağında ölü tapılıb
01:44 02.11.2026
Hadisə
Bakının bir sıra ərazisində işıqlar sönəcək
01:25 02.11.2026
İnfrastruktur
ABŞ-də təyyarə qəzasında 9 nəfər ölüb - Yenilənib
01:11 02.11.2026
Dünya
ABŞ-da özəl təyyarə küçənin ortasına düşdü: ölənlər var
00:34 02.11.2026
Dünya
Makqreqor karyerasını başa vurur
00:08 02.11.2026
İdman
Öcalan azadlığa çıxdı - Sensasiya
23:51 01.11.2026
Aktual
Fəqan Azadəliyev Dövlət Yol Polisi İdarəsinə rəis təyin olundu
23:30 01.11.2026
Cəmiyyət
Sumqayıtda zəncivari qəza baş verdi
22:02 01.11.2026
Hadisə
“Müharibəyə son qoymalıyıq” - İran Türkiyəni ünvan göstərdi
21:25 01.11.2026
Gündəm
"Şərq"də təkcə yazmağı yox, həyatı da öyrəndim - SEVGİ MƏKTUBU
20:52 01.11.2026
Media
Dədə Qorqud parkında meyit tapıldı
20:33 01.11.2026
Hadisə
Vaşinqton G20 sammitinin əsas gündəliyini açıqlayıb
20:16 01.11.2026
Dünya
ABŞ-da hakimiyyət savaşı qızışır: Tramp Konqresi itirə bilər!
19:46 01.11.2026
Gündəm
Sumqayıtda avtomobil qaz xəttinə çırpıldı
19:03 01.11.2026
Hadisə