Ehtiyatda olan polkovnikdən müjdə: “Bir-iki günə yenə sevinəcəyik”
Banuçiçək Kalbalıyeva
10:30 19.10.2020
Aktual
1058
“Azərbaycan Silahlı Qüvvələri düşməni torpaqlarımızdan rədd edəcək. Ermənilər mütləq ağ bayraq qaldıracaqlar”
Tanınmış ifaçı Azərinin “Çırpınırdın Qara dəniz” mahnısını, yəqin, çoxları dinləyib. Mahnıdakı “Azərbaycan bayrağını Qarabağdan asacağıq!” sözlərini eşidəndə qeyri-iradi tutulmuş, kövrəlmiş və səsimiz titrəyə-titrəyə “inşallah” demişik. O misra illərlə bizə təsəlli, işğal altındakı torpaqlarımızın azadlığına ümid olub. Həmin günü intizarla gözləmişik. Nəhayət, həsrət bitdi- o gün gəlib çatdı. Bu gün Azərbaycan bayrağını Qarabağdan asdığımız gündür!
Cəbhədən ard-arda şad xəbərlər gəlməkdədir. Hər gün yeni bir qələbəyə sevinirik. Dünən Xudafərin körpüsünün, bu gün isə Cəbrayılın daha 13 kəndinin ordumuzun nəzarəti altına keçməsi bizi Dağlıq Qarabağa yaxınlaşdıran növbəti addımlardır.
Ehtiyatda olan polkovnik Elxan Qəniyəv “Sherg.az”a açıqlamasında ordumuzun uğurlarını belə şərh edib:
“Qələbə bizimlədir. Buna şübhəniz olmasın. Hələ bir-iki günə daha şad xəbərlər gələcək. Biz daha böyük qələbələrə- Şuşanın, Laçının azad olunmasına sevinəcəyik. Azərbaycan Silahlı Qüvvələri düşməni torpaqlarımızdan rədd edəcək. Ermənilər mütləq ağ bayraq qaldıracaqlar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya