Ərdoğanın Bakı səfərində ciddi dönüş...!- “Azərbaycanda hərbi mövcudluğu...”
Fidan Həmişəyeva
15:54 01.06.2021
Aktual
1319
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Belçikada NATO sammitinə qatılacaq, ardınca isə Bakıya gələcək. Bu barədə “Son Dakika” xəbər verib.
Məlumata görə, Türkiyənin dövlət başçısı iyunun 13-14-də Brüsseldə NATO sammitində iştirak edəcək və ABŞ Prezidenti Co Bayden ilə görüşəcək. O, Brüssel sammitindən sonra iyunun 14-16-da Bakıda səfərdə olacaq.
Səfər zamanı müzakirə olunacaq məsələlər barədə “Sherg.az”a danışan Azərbaycan Demokrat Partiyası sədrinin müavini, politoloq Həsrət Rüstəmovun sözlərinə görə, Ərdoğanın Bakıya gəlişi əlamətdar bir hadisədir:
“Xüsusilə Azərbaycan, Ermənistan və Rusiya arasında bağlanmış müqavilənin tələblərinə əsasən, Türkiyə Qarabağ ətrafındakı Monitorinq Mərkəzində iştirak etməli idi. Lakin son zamanlar görünən budur ki, Türkiyənin qeyd etdiyim prosesdə rolu getdikcə zəifləyir. Əsasən də Türkiyə siyasi rəhbərlərinin bu məsələyə dair bəyanatlarına rast gəlinməməsi, o cümlədən Türkiyənin rəsmi qurumlarının Azərbaycana səfərlərinin azalması və Ermənistanla Rusiyanın fəallaşması belə qənaəti yaradıb. Ərdoğanın səfəri zamanı əsas məqsəd ilk növbədə bu boşluğu doldurmaqdır. Eyni zamanda Türkiyənin 44 günlük müharibədə oynadığı rolun davamı Azərbaycan və Cənubi Qafqazda atılan siyasi addımlarla olmaldır. Yoxsa bu siyasət yarımçıq olar. Səfər zamanı Azərbaycan hökuməti xalqımızın istəklərini Türkiyə Prezidentinə çatdırmalıdır”.
H.Rüstəmov vurğulayıb ki, Türkiyənin regionda mövcudluğu Azərbaycanın dövlət müstəqilliyinin qorunması və Cənubi Qafqazda qüvvələr balansının düzgün formalaşması baxımından zəruridir:
“Qarabağda müəyyən məsələləri bəyanatda qeyd edildiyi kimi həll etmək mümkün deyilsə, Türkiyənin Azərbaycanda hərbi mövcudluğu ilə bağlı təcili müqavilə imzalanmalıdır. Qardaş ölkənin Azərbaycana hərbi və siyasi imkanlarını artıran sənədlər paraflanmalıdır. Fikrimcə, Azərbaycan hökuməti bu məsələdə çox ləngdir. Görünür, hansısa səbəbdən burada Rusiya qorxusu da var. Heç kimə sirr deyil ki, Azərbaycan hökumətində ruspərəst kadrlar çoxdur. Onların da təsiri olmamış deyil. Hesab edirəm ki, Ərdoğanın səfərindən sonra istədiyimiz məqamlarda ciddi dönüş əldə etmək mümkün olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
MDB artıq Azərbaycan üçün dar çərçivədir - POLİTOLOQ
16:10 17.03.2026
Siyasət
Albaniya SEPAH-ı terror təşkilatı kimi tanıyıb
16:07 17.03.2026
Gündəm
İranda dini rejim dağılacaq, hərbi hökumət qurulacaq - Bolton
16:04 17.03.2026
Dünya
Daha bir avtobusda gediş haqqı 60 qəpik olub
15:56 17.03.2026
İnfrastruktur
Sürət qatarına daş atan yeniyetmələr polisə çağırılıb
15:12 17.03.2026
Hadisə
Müctəba Xamenei iki ölkənin təklifini rədd etdi
14:13 17.03.2026
Gündəm
Qarşıdurma uzanır: İranın cavabı bütün planları pozdu - RƏY
14:12 17.03.2026
Aktual
SEPAH-ın yüksək vəzifəli generalları öldürüldü
14:06 17.03.2026
Gündəm
Zelenski: Müharibə ABŞ-dən də uzaqda deyil
14:01 17.03.2026
Dünya
Aİ Hörmüz boğazı ilə bağlı diplomatik həll yolu axtarır
13:59 17.03.2026
Dünya
Azərbaycanlı turistlər xaricdə 1.5 mlrd. dollar xərcləyiblər
13:50 17.03.2026
Aktual
İsrailin müdafiə naziri: Əli Laricani öldürülüb - YENİLƏNİB
13:48 17.03.2026
Gündəm
Şəhərdə əlçatanlıq yoxdur, sakinlər əziyyət çəkir - Ekspert
13:45 17.03.2026
İnfrastruktur
Uşaq evlərinin sakinləri ahıllar evini ziyarət etdi
12:46 17.03.2026
Cəmiyyət