"SpaceX" şirkətinin rəhbəri İlon Mask Rusiyanın “Volna-Kupol-Qarant” kompleksindən və onun Starlink peyk sisteminin fəaliyyətini pozmaq imkanlarından xəbərdardır.
Sherg.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Kompleks Pilotsuz Sistemlər Mərkəzinin baş konstruktoru Dmitri Kuzyakin bildirib.
Onun sözlərinə görə, kompleks peyklərə istiqamətləndirilmiş radio siqnalları vasitəsilə təsir göstərərək onların yerüstü terminallardan məlumat qəbul etməsinə mane olur. Kuzyakin texnologiyanın sovet dövründə tətbiq edilən prinsiplərə əsaslandığını qeyd edib.
Rusiya İstintaq Komitəsi daha əvvəl hücumlarda istifadə edilən pilotsuz uçuş aparatlarında hədəfə yönəlmək üçün Starlink antenalarının quraşdırıldığını açıqlayıb.