Ərdoğanın baş müşaviri qar uçqununa düşdü

Türkiyənin Van bölgəsində meydana gələn ikinci qar uçqununda Prezident Rəcəb Tayyib Ərdoğanın Baş müşaviri Gülşən Orhan da qar altında qalıb və yaralı vəziyyətdə xilas edilib.

Bu barədə “Hürriyyet” informasiya yayıb.

Yaralı vəziyyətdə xilas edilən Gülşən Orhan dərhal Çatan Dövlət Xəstəxanasına çatdırılıb.